Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Sammiti keçirilmişdir: Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmişdir

 

Mayın 7-də Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Sammiti keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak etmişdir.

Avropa İttifaqı ölkələrinin, eləcə "Şərq tərəfdaşlığı" təşəbbüsünün üzvü olan ölkələrin dövlət hökumət başçılarının iştirak etdiyi sammiti giriş sözü ilə hazırda Avropa İttifaqına sədrlik edən Çexiyanın Baş naziri Mirek Topolanek açaraq qonaqları salamladı, "Şərq tərəfdaşlığı" Proqramının əhəmiyyətini xüsusi vurğuladı.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə çıxış etdi.

"Şərq tərəfdaşlığı" Sammitinin əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu proqramın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha da yaxınlaşmasına genişlənməsinə təkan verəcəyini dedi.

Ölkəmizin siyasi, iqtisadi digər sahələrdə inkişafını, aparılan demokratik islahatları qeyd edən dövlətimizin başçısı dedi ki, bu islahatlar Azərbaycanın Avropa ailəsinə daha da yaxınlaşmasına kömək edəcəkdir. Azərbaycanın Avropa üçün çox önəmli tərəfdaş olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığını diqqətə çatdırdı. Dövlətimizin başçısı dedi ki, bu sahədə əməkdaşlığımız yüksək səviyyədədir, Azərbaycan Avropa İttifaqı ilə qeyri-enerji sahələrində əlaqələrinin daha da genişləndirilməsində maraqlıdır.

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana davam edən təcavüzü barədə məlumat verdi.

Sammitdə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramı qəbul edildi.

Sammitin iştirakçıları rəsmi foto çəkdirdilər.

 

* * *

 

Həmin gün sammit iştirakçılarının şərəfinə şam yeməyi verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-8 may.-S.1.