Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü
Mayın 7-də Praqada Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü
olmuşdur.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
nizama salınması,
Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlar
və enerji məsələləri ilə
bağlı müzakirələr
aparıldı.
AzərTAc
Azərbaycan.-2009.-8 may.-S.1.