Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend ilə görüşü

 

Mayın 7-də Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend ilə görüşmüşdür.

Görüşdə Devid Milibend Böyük Britaniya Baş nazirinin salamını Azərbaycan Prezidentinə çatdırdı, ölkələrimiz arasında ikitərəfli əlaqələrin, o cümlədən siyasi, iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı.

Devid Milibend Böyük Britaniyanın Baş nazirinin Azərbaycan Prezidenti İlham Əliyevi bu ölkəyə səfərə dəvətini çatdırdı.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, regional, beynəlxalq enerji məsələləri barədə fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin dəvətinə görə minnətdarlığını bildirdi, onun da salamını Baş nazirə çatdırmağı xahiş etdi səfərə dəvəti qəbul etdiyini vurğuladı.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-8 may.-S.1.