ATƏT-in Minsk
qrupunun həmsədrləri
birgə bəyanatla çıxış etmişlər
Mayın 7-də
Praqada Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşündən sonra
ATƏT-in
Mətyu BRAYZƏ: Hər
vaxtınız xeyir olsun, dostlar. Buraya gəldiyinizə görə təşəkkür
edirəm. Mən sizi həmkarlarım adından ABŞ-ın Praqadakı səfirliyinin iqamətgahında salamlayıram.
Məmnunluqla deyə bilərəm ki, Prezident İlham Əliyev və Prezident Serj Sarkisyan arasında danışıqlar konstruktiv
oldu. Düşünürəm ki, onlar əsas prinsiplər çərçivəsində fərqləri azalda biliblər. Ümumilikdə
isə, onlar burada müzakirə etdikləri əsas ideyalara dair razılığa gələ
biliblər. Ümumiləşdirməyə
çalışdığımız əsas prinsiplərə dair xüsusi ideya və elementlərimiz
oldu. Həmin ideyalar əsasında prezidentlər ümumi yanaşmaya dair də razılığa gəliblər. Beləliklə, hər iki prezident tərəfindən
tapşırıldığı kimi, indi xarici
işlər nazirləri
ilə birgə fəal çalışmaqla
detallar üzərində
işləmək və
bu gün yenidən müzakirə olunan müddəaları tamamlamaq biz həmsədrlərin üzərinə
düşür. Bu, müsbət
əlamətdir. Əsas
prinsiplər çərçivəsində
qalan digər müddəalara dair detalları tamamlamaq üçün biz yaxın günlərdə
və həftələrdə
yenidən xarici işlər nazirləri ilə birgə işləməyi planlaşdırırıq.
Bu qədər. Əlavə şərhlər
üçün sözü
həmkarlarıma verirəm.
Çox sağ olun.
Yuri MERZLYAKOV: Çox
sağ olun. Mən belə düşünürəm ki,
cənab Brayzənin dediklərinə praktiki olaraq nəsə əlavə etməyə lüzum yoxdur. Bir fikri əlavə
edirəm ki, növbəti görüşün
iyunun əvvəlində
Sankt-Peterburqda keçiriləcəyinə
dair prinsipial razılaşma əldə
olunub. Biz çalışacağıq ki,
o vaxta qədər
bu görüşü
təşkil edək.
O vaxta qədər
isə həmkarım
cənab Brayzənin dediyi kimi, xarici
işlər nazirləri
ilə bizim görüşlərimiz keçiriləcək
və Sankt-Peterburqdakı görüşə
hazırlıq məqsədi
ilə yəqin ki, həmsədrlərin regiona səfəri olacaqdır. Sağ olun.
Bernar FASYE: Amerikadan
və Rusiyadan olan həmkarlarımın
dediyi kimi, yaxın günlər və həftələr ərzində bizi böyük işlər gözləyir. Rusiyalı həmkarımın da dediyi kimi,
bu gün biz hər iki
dövlət başçısından
eşitdiklərimiz əsasında
iyunun əvvəllərində
prezidentlərin Sankt-Peterburqda
növbəti görüşünün
keçirilməsinə dair
iki ölkə rəhbərinə niyyətimizi
açıqladıq. Üzümüzə
gələn həftələr
və aylar ərzində bir sıra irəliləyişləri
təsdiq etmək üçün bizim bəzi gözləntilərimiz
vardır. Bildiyiniz kimi, biz münaqişənin
həllində əsaslı
irəliləyişə hazırlaşırıq.
Biz əsaslı irəliləyişin nədən
ibarət ola biləcəyini müəyyən
etmək mövqeyindəyik.
Lakin biz hələlik bu nöqtəyə gəlib
çatmamışıq. Beləliklə,
bizə irəliləmək
lazımdır və növbəti həftələrdə
ona nail olmaq ümidindəyik. Sağ olun.
Sonra həmsədrlər
jurnalistlərin suallarını
cavablandırdılar.
AzərTAc
Azərbaycan.-2009.-8 may.-S.1.