Ukraynanın Prezidenti zati-aliləri cənab Viktor Yuşşenkoya

 

Hörmətli Viktor Andreyeviç!

Dnepropetrovsk şəhərində baş vermiş partlayış nəticəsində insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

7 may, 2009-cu il

 

Azərbaycan.-2009.-8 may.-S.1.