Azərbaycanın Avropa üçün əhəmiyyəti günbəgün artır

 

Avropa Şurasının geniş siyasi imkanları var. Bu qurum öz nüfuzundan istifadə edərək beynəlxalq təşkilatların donor ölkələrin Azərbaycandakı qaçqın məcburi köçkünlərə humanitar yardımlarının artırılmasına nail ola bilər.

Bu fikir mayın 7-də Milli Məclisin Sədri Oqtay Əsədovla Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) miqrasiya, qaçqınlar əhali üzrə məruzəçisi Con Qrinveyin görüşündə səslənmişdir.

Oqtay Əsədov demişdir ki, Azərbaycan dövləti qaçqın məcburi köçkünlərin problemlərini daim diqqətdə saxlayır. Bugünədək onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Prezidenti 46 sərəncam imzalamış, Nazirlər Kabineti 215 qərar, Milli Məclis isə 22 qanun qəbul etmişdir. Neftdən gələn gəlirlərdən səmərəli istifadə etmək məqsədilə yaradılmış Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün yeni şəhərciklər salınmış, infrastruktur yaradılmışdır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramları, eləcə digər tədbirlər doğma yurd-yuvalarından didərgin düşmüş insanların həyat şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Dövlətin gördüyü bu işlər nəticəsində 86 min qaçqın məcburi köçkün daimi işlə təmin edilmiş, 170 min nəfər mövsümi işlərə, 1500-dən çoxu isə ixtisasartırma ya yeni peşə kurslarına cəlb olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, problemin birdəfəlik həllinə nail olunmamışdır. Biz bilirik ki, Avropa Şurasının maliyyə imkanları yoxdur, amma bu təşkilat böyük siyasi nüfuza malikdir. Ona görə hesab edirik ki, Avropa Şurası öz imkanlarından istifadə edərək həm mövcud problemlərin həllinə, həm beynəlxalq təşkilatların donor ölkələrin Azərbaycandakı qaçqın məcburi köçkünlərə humanitar yardımın artırılmasına köməklik göstərməlidir.

AŞ PA-nın miqrasiya, qaçqınlar əhali üzrə məruzəçisi Con Qrinvey Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmişdir. O demişdir ki, Azərbaycanın Avropa Şurasına üzvlüyü siyasi dairələrdə olduqca yüksək dəyərləndirilir. Azərbaycanın Avropa üçün əhəmiyyəti günbəgün artır. Avropa Şurası bu digər amilləri nəzərə alaraq, Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Sonra görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri, Avropanın enerji təhlükəsizliyi, ölkəmizin bu məsələdə rolu digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-8 may.-S.2.