Yunanıstan Azərbaycanla əlaqələrin
inkişafında maraqlıdır
Mayın 7-də ölkəmizdə səfərdə
olan Yunanıstan-Azərbaycan parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun üzvləri Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdülər. Qonaqları
salamlayan Milli Məclisin Sədri Oqtay Əsədov dedi ki, Azərbaycanla
Yunanıstan arasında
siyasi, iqtisadi, humanitar və digər sahələrdə
münasibətlər uğurla
inkişaf edir. Bu ölkələr arasında əlaqələrin
yüksək səviyyəyə
çatmasında qarşılıqlı
səfərlərin əhəmiyyəti
böyükdür. Spiker
Oqtay Əsədov bildirdi ki, dövlət
başçılarının qarşılıqlı səfərləri
zamanı imzalanmış
çoxsaylı sənədlər
əməkdaşlıq üçün
yaxşı hüquqi
baza yaratmışdır.
Azərbaycan Prezidentinin
2009-cu ilin fevralında
Yunanıstana səfəri
əlaqələrin inkişafı
üçün yeni səhifə açmışdır.
Parlamentlərimiz yaranmış
imkanlardan maksimum istifadə etməli, münasibətlərimizin daha
da genişlənməsinə
töhfə verməlidir.
Özünün 2008-ci ildə Yunanıstana səfərini, eləcə
də Yunanıstan parlamenti sədrinin müavininin Azərbaycan parlamentinin 90 illik yubileyində iştirakını
məmnunluqla yada salan spiker Oqtay
Əsədov iki ölkə deputatlarının
beynəlxalq təşkilatlarda
əməkdaşlığını yüksək qiymətləndirdi.
Yunanıstan-Azərbaycan
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun rəhbəri Konstatinos Tsiaras 2007-ci ildə ölkəmizə
səfərini xatırladaraq
ötən müddət
ərzində Azərbaycanda
aparılan quruculuq-abadlıq işlərini yüksək dəyərləndirdi.
Onun sözlərinə
görə, Azərbaycan
Prezidenti İlham Əliyevin bu ilin fevralında Yunanıstana səfəri
dövlətlərimiz və
xalqlarımız arasında
dostluq münasibətlərinin
inkişfında yeni mərhələ açmışdır.
Yunanıstan sürətlə
inkişaf edən Azərbaycan ilə əlaqələrin hərtərəfli
inkişafında maraqlıdır
və bunun üçün yaxşı
imkanlar var. Parlamentarilərin belə səfərləri də əlaqələrin möhkəmləndirilməsinə
töhfə verir.
Görüşdə Dağlıq
Qarabağ münaqişəsinin
həlli yolları, beynəlxalq tədbirlərdə
birgə əməkdaşlıq,
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın
rolu və digər məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2009.-8 may.-S.2.