Milli Məclisdə görüş

 

Mayın 7- ölkəmizdə səfərdə olan Yunanıstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycan Milli Məclisinin bu ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdülər. Qonaqları salamlayan Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycan parlamentinin fəaliyyəti barədə məlumat verdi. Parlamentin komitə sədri bildirdi ki, Milli Məclis Azərbaycanda hüquqi dövlət demokratik cəmiyyət quruculuğunda mühüm işlər görmüşdür. Eyni zamanda, Milli Məclis Azərbaycanın beynəlxalq münasibətlərində xüsusi rol oynayır. On beş beynəlxalq təşkilatda uğurla təmsil olunan Azərbaycan parlamenti 70-ə yaxın ölkə ilə ikitərəfli əlaqələr yaratmışdır.

Azərbaycan-Yunanıstan münasibətlərinə toxunan Hadi Rəcəbli əlaqələrin inkişafında dövlət başçılarının rolunu xüsusi qeyd etdi. Bildirdi ki, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər iki ölkə arasında münasibətlərin dərinləşməsi əlaqələrin daha da genişlənməsi üçün geniş imkanlar açmışdır. Parlamentarilərimiz bundan səmərəli istifadə etməli, əlaqələrin genişlənməsi üçün fəaliyyətlərini daha da artırmalıdırlar.

Yunanıstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Konstatinos Tsiaras Azərbaycanda müşahidə etdiyi inkişafdan məmnun qaldığını bildirdi. Onun sözlərinə görə, keçirdikləri görüşlər zamanı əldə olunmuş razılıqlar qarşılıqlı əməkdaşlıq üçün nəzərdə tutulmuş layihələrin uğurla reallaşacağına əminlik yaratmışdır.

Yunanıstanın Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlı olduğunu bildirən qonaq dedi ki, bu günlərdə 40-a yaxın yunan adamı hökumət nümayəndə heyətinin tərkibində Bakıya gələcəkdir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regionda dünyada sülhün bərqərar olması üçün atılan addımlar qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.-2009.-8 may.-S.2.