Heydər Əliyevin anadan olmasının 86- ildönümü İstanbulda qeyd olunmuşdur

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə İstanbuldakı Sarıyer rayonundakı Heydər Əliyev parkında mərasim keçirilmişdir.

Mərasimdə iştirak edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Salahlı, Sarıyer bələdiyyəsinin sədri Şükrü Gənc, adamı Ərdal Aksoy, hər iki ölkənin ziyalıları, mətbuat nümayəndələri burada yaşayan azərbaycanlılar ümummilli liderimizin abidəsinin önünə tər çiçəklər düzmüşlər.

Azərbaycan Türkiyənin dövlət himnləri səslənmişdir.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov mərasimdə çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi qorunmuş, möhkəmlənmiş dönməz xarakter almışdır. Bugünkü güclü gündən-günə tərəqqi edən Azərbaycan dövləti ulu öndərin şah əsəridir. Heydər Əliyevin möhkəm siyasi iradəsi nəticəsində həyata keçirilən bu gün uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi neft tankerləri üzündən təhlükə yaşayan İstanbul şəhərini xilas etmişdir.

Mərasimdən sonra Azərbaycan Türkiyənin incəsənət ustalarının, folklor qruplarının konserti olmuşdur.

 

 

Azərbaycan.-2009.-8 may.-S.2.