Bakı Dövlət Universiteti ilə Koreya Politexnik Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır

 

Koreya Politexnik Universitetinin rektoru Çoy Cun Yeongin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olmuşdur.

Görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan ilə Koreya Respublikası arasındakı əlaqələrin, o cümlədən təhsil sahəsindəki əməkdaşlığın əhəmiyyətindən danışmışdır.

Bakı Dövlət Universitetinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verən akademik A.Məhərrəmov bu ali məktəbdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirləri diqqətə çatdırmışdır. O, eyni zamanda BDU-da Koreya dilinin tədris olunduğunu, bu dil üzrə mütəxəssislər hazırlandığını bildirmişdir.

Koreya Politexnik Universitetinin rektoru Çoy Cun Yeong müasir şəraitdə elmin, təhsilin önəmli rolunu xatırladaraq ölkələrimiz arasında bu sahələrdə əməkdaşlığın genişlənəcəyinə əminliyini vurğulamışdır.

Təhsilin inkişafı ilə bağlı yeni təkliflər, layihələr üzrə geniş müzakirələr aparılmışdır.

Sonra əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanmışdır. Sənədi akademik A.Məhərrəmov Ç.C.Yeong imzalamışlar.

Anlaşma Memorandumu müvafiq təhsil müəssisələri arasında birgə təcrübə mübadiləsinin aparılmasını, proqram layihələrin həyata keçirilməsini s. əhatə etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-8 may.-S.6.