"Prezident kuboku" şahmat turnirinin açılış mərasimi olmuşdur

 

ÜNS yaradıcılıq səhnəsində ümummilli lider Heydər Əliyevin 86-cı ildönümünə həsr olunmuş "Prezident kuboku" şahmat turnirinin açılış mərasimi olmuşdur.

Tədbirdə Azərbaycan gənclər idman naziri Azad Rəhimov, respublika Şahmat Federasiyasının prezidenti, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov çıxış etmiş, son vaxtlar ölkəmizdə şahmatın inkişafından danışmış, idmançılara uğurlar arzulamışlar.

Dünya çempionu Vişvanatan Ananda Rusiyanın "64 şahmat icmalı" jurnalının "Oskar" mükafatı təqdim olunduqdan sonra turnirin püşkatma mərasimi keçirilmişdir.

Püşkatmada yarışın baş hakimi Faiq Həsənov, dünya yığmasının kapitanı Vişvanatan Anand, milli komandamızdan isə Teymur Rəcəbov iştirak etmişlər.

 

* * *

 

Beynəlxalq şahmat turnirinin birinci turunda yığmamızın üzvü Şəhriyar Məmmədyarov 36-cı gedişdə Aleksey Şirovu (İspaniya) məğlub edərək ümumi hesabda Azərbaycan komandasına qələbə qazandırmışdır. Digər görüşdə Qədir Hüseynov ukraynalı Sergey Karyakin ilə heç-heçə oynamışdır.

 

* * *

 

İkinci turda Teymur Rəcəbov Vladimir Kramniklə, Şəhriyar Məmmədyarov isə Serqey Karyakinlə heç-heçə oynamışlar. Digər görüşlərdə Vüqar Həşimov Vişvanatan Ananda, Qədir Hüseynov isə Aleksey Şirova məğlub olmuşdur. Beləliklə iki turdan sonra ümumi hesab bərabərləşmişdir -1:1.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-8 may.-S.6.