Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar ilə görüşü

 

Xüsusi müxbirimiz xəbər verir ki, Praqada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 8-də ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar ilə görüşmüşdür.

Görüşdə "Cənub dəhlizi - Yeni İpək yolu" sammitinin əhəmiyyəti qeyd olundu.

Bildirildi ki, Azərbaycan ilə ABŞ arasında energetika sahəsində həyata keçirilən uğurlu əməkdaşlıq, eyni zamanda, regional səviyyədə enerji əməkdaşlığının genişlənməsinə xidmət edir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olundu.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-9 may.-S.1.