Heydərdi
İllər, sizi hələ cavan saxlayıb,
Keşiyində durduğunuz Heydərdi.
Millət üçün gəncliyini
hifz edib,
Düşmən bağrı yardığınız
Heydərdi.
İndiki tək keçən illər
gözəldi,
Görürsünüz necə Heydər
gözəldi.
Günortanın günü qədər
gözəldi,
Ömürdən pay verdiyimiz
Heydərdi.
Kiçik ölkə bu qüdrətlə genişdi,
Millət üçün qitələrlə
döyüşdü.
Nə ömrə qış, nə əhvala qar düşdü,
Yaz seyrinə
vardığımız Heydərdi.
O yenilməz, hələ cavan bir kişi,
Şax görkəmli, təravətli
gülüşü.
Şir nərəsi, cavan
pələng gərdişi,
Sizdən öndə gördüyümüz Heydərdi.
Dinclik bilmir min səhərin eşqinə,
Çağla, şair,
nəğmələrin eşqinə.
Hər könüldə hər səfərin eşqinə,
Heykəlini qurduğumuz Heydərdi.
Məbədinə diz çökmədi
şöhrətin,
Ehramına səcdə qıldı xidmətin.
Sayəsində qədirbilən millətin,
Xoş dövranlar
sürdüyümüz Heydərdi.
Abidəsi neçə-neçə kənd, şəhər,
Geniş yollar,
imarətlər, körpülər.
Kükrəməsin məramı bəd körpələr,
Arxasında durduğumuz Heydərdi.
Çox göz qoyub zirvələrdən göylərə,
Çəkdi bizi, çəkdi yerdən
göylərə.
İdrakıyla üfüqlərdən göylərə
Qalxıb, qanad gərdiyimiz Heydərdi.
Təmənnam yox, gərək təbi
tərpənib,
Bu nəslin hər pələngini vəsf
edəm.
Gecə-gündüz qəlbimizdə taledən,
Heydərini sorduğumuz Heydərdi.
Nə eşqində, nə qəlbində qorxu var,
Qüdrətində vətən tapıb ilk
bahar.
Məhbubələr, gül ismətli
xanımlar,
Adına gül dərdiyiniz Heydərdi.
Məhəbbətdir, səadətdir əlləri,
Onda vüqar, onda gənclik illəri.
Ondan alıb öpdüyünüz
gülləri,
İpək telə hördüyünüz
Heydərdi.
Mən nə deyim
"baba" deyən
dillərə?
Hələ çox var
o siz deyən illərə.
Heydər ki, var xəbər olsun ellərə.
Gəncliyində gördüyümüz Heydərdi.
2002
O, bizimlədir
Dəyişdi Prezident öz dünyasını
Özü yox olsa da əlləri qaldı.
Fikri-düşüncəsi
iş görür hələ
Əcəl, qarşısında hələ ki laldır.
Qurduğu zavodlar, tikdiyi evlər
Dil açıb yerbəyer
"Heydər" dedilər.
Gecəsi nurlanan bizim şəhərə
Daşları nur saçan
gövhər - dedilər.
Metrolar, körpülər onun zəhməti,
Uzanan elbəel onun eşqidir,
Yaxın şəhərlərə, uzaq
ellərə
Bu uzun
yollarla şöhrəti
gedir.
Heydərin əlləri bərəkətlidir,
Artır günü-gündən şöhrətimiz
də,
Bu gün quş iliyi axtarsan əyər
Təmiz ceyran südü
tapılar bizdə.
Dəyişdi Prezident öz dünyasını,
Mərmər abidəsi bağça-bağdadır,
Heydərin idrakı ədəbi yaşar
Hələ öyünməli il qabaqdadır.
2004
Elegiya
Gümüş
təyyarəsi enəcək
yerə,
Trapın başında görünəcəkdir.
Onu gözləyənlər durub
nizamla
Xoş təbəssümlərə bürünəcəkdir.
Əlini eyhamca çəkib saçına
Naxışlı pilləni düşəcək
bir-bir.
Kənarda dayanan oğluna tərəf
Beş addım yeriyib
görüşəcəkdir.
Sonra cərgəsində silahdaşların
Hamının əlini sıxıb
keçəcək.
Hamının ruhuna, qəlbinə bu dəm
Dolacaq ətirli yaz
küləyi tək.
Sonra jurnalistlər...
yanındakına
Kim isə,
qoy görək, deyəcək, əl çək.
Hansı sualdansa gülümsünəcək,
Hansı sualdansa ciddiləşəcək.
Qaratel bir qızın
sualı min-min
Duruşu, gülüşü sualdır bütün.
Hamı ləngiyəcək bu gözəlliklə
Gözünü, könlünü doyurmaq üçün.
Təyyarə ləngiyir...
ləngiməz,
yox, yox.
Qulaq as, göylərə, onun səsidir.
Təyyarə ləngiməz, gəlib çıxacaq,
Təyyarə Prezident təyyarəsidir.
Gözüm üfüqlərdə qalacaq
mənim,
Trapla enəcək əl
edib Heydər.
Enəcək, gələcək gözləyirəmsə,
Bəs
neçin
ağlayır
əlimdə
güllər...
Bir oğul göstərin Heydərə bənzər
Bir oğul yetirmiş vətən torpağı,
Millətin yolunda əsgərə
bənzər.
İdrakı, ilhamı, qəddi-qaməti,
Qüdrətə, hikmətə, məhvərə
bənzər.
Yerində şax sözü, xoş təbiəti,
Ellər sərvətidir zehni,
zəhməti.
Tarixə döndükcə onun şöhrəti,
Tarixdə nurlanıb gövhərə
bənzər.
Nələr yaratmadı, qurmadı nələr,
Kənddə kənd dəyişdi,
şəhərdə şəhər.
Daşlı yamaclarda zümrüd sərvətlər,
Başına dönməli dilbərə
bənzər.
Kor olub görməyən varsa bunları,
Utansın, işığa çıxmasın
barı.
El yaxşı
tanıyır bu nankorları,
Hər biri nəf gündən bərbərə
bənzər.
Hər zaman yolunu gözləmiş
ellər,
Şirin bir töhfədir
ona könüllər.
Yollar kənarında əlində
güllər,
Qızlar görmüşəm ki, ülkərə bənzər.
Dahidir, dühadır öz sənətində,
Andı var, elləri
qoymaz çətində.
Dərin tədbirində, siyasətində,
Qüdrətdən yaranmış zərgərə
bənzər.
Uğrunda hazıram nə vaxt dinərsə,
Simləri könülsüz tərpətmirəm
mən
Rəhbəri dağlara bənzətmirəm
mən,
Dağlar vüqarında rəhbərə
bənzər.
Uğrunda hazıram nə vaxt dinərsə,
Hazıram, şəhid ol
əmrini versə.
Əgər Məstan Günər Məstan Günərsə,
Onun dövrəsində sipərə
bənzər...
Mədəniyyət. - 2009.- 9 may.- S. 23.