Ədliyyə Nazirliyində ümummilli
lider Heydər Əliyevin doğum günü münasibətilə
tədbir keçirilmişdir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü Ədliyyə Nazirliyində geniş qeyd edilmişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, mayın 8-də ədliyyə işçiləri əvvəlcə Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar.
Sonra nazirliyin Heydər Əliyev muzeyində tədbir keçirilmişdir.
Mərasimi açan ədliyyə naziri Fikrət Məmmədov ümummilli liderin dövlət quruculuğu istiqamətində əvəzsiz xidmətlərindən söz açmış, dahi öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük nailiyyətlər əldə etdiyini vurğulamış, Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun siyasi məfkurəsinin tərənnüm edilməsi, milli dövlətçilik ideyalarının təbliği və yeni nəsillərə çatdırılması istiqamətində uğurlu fəaliyyət göstərən Heydər Əliyev Fondunun yaradılmasının 5 illiyinin geniş qeyd olunduğunu bildirmişdir.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Milli Elmlər Akademiyasının müxbir üzvü, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktoru Rafael Hüseynov Azərbaycan tarixində əbədi və uca yer tutan dahi liderimizin zəngin həyatından və dövlətçilik təcrübəsindən bəhs etmiş, müasir dövlətçiliyimizin qorunması və inkişafında ulu öndərin xüsusi rolunu qeyd edərək Vətən və xalq naminə gördüyü mütərəqqi işləri vurğulamış, bu fenomenal şəxsiyyətin şərəfli ömrünün və titanik fəaliyyətinin indiki və gələcək nəsillərə nümunə olduğunu, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləmişdir.
Sonra tədbir
iştirakçıları muzeydə Heydər Əliyevin həyat
və fəaliyyətini əks etdirən müxtəlif sənədlər,
fotoşəkillər və yeni nəşrlərlə
Ulu öndərin anadan olmasının 86-cı ildönümü ərəfəsində digər tədbirlər çərçivəsində bir sıra ədliyyə orqanlarının ən müasir tələblərə uyğun inşa edilmiş binalarının açılışları nəzərdə tutulur.
AzərTAc
Azərbaycan.-2009.-9 may.-S.2.