Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr
olunmuş dama turnirinin qaliblərinə mükafatlar təqdim olunmuşdur
Mayın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş dama turnirinin qaliblərinə mükafatların təqdim olunma mərasimi keçirilmişdir.
YAP sədrinin müavini - icra katibi, Milli
Məclisin deputatı
Əli Əhmədov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının
86-cı ildönümü respublikamızın hər
yerində təntənəli
qeyd olunur. Respublikamızda idmana göstərilən
diqqət və qayğıdan, ölkədə
idmanın bütün
sahələrində gedən
sürətli inkişafdan
söz açan
Ümummilli lider Heydər Əliyevin dünyanın ən böyük zəka sahiblərindən biri olduğunu bildirən Əli Əhmədov bu intellektual yarışın dahi rəhbərin adı ilə bağlı olmasının əhəmiyyətini qeyd etmişdir. Ölkəmizdə bütün sahələrdə müşahidə olunan inkişafdan söz açan natiq idmanın bu sahələr içində öndə olduğunu vurğulamışdır. Bildirilmişdir ki, ölkəmizdə idman xüsusilə son illərdə böyük inkişaf yolu keçmiş, bunun nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınmışdır.
Qeyd olunmuşdur ki, "Yeni Azərbaycan" qəzetinin təşkilatçılığı ilə keçirilmiş turnirdə müxtəlif media qurumlarını təmsil edən 48 jurnalist mübarizə aparmışdır.
Turnirin qaliblərinə diplom və pul mükafatları təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-9 may.-S.2.