Ulu öndər Heydər Əliyev ölkəmizi dünya meridianlarında tanıdıb

 

Azərbaycan Dövlət Dəniz Administrasiyasında ümummilli liderin əziz xatirəsinə həsr edilən "dəyirmi masa"da çıxış edənlər bu fikri dönə-dönə vurğulayıblar. "Ümummilli lider müasir Azərbaycan" mövzusunda məruzə ilə çıxış edən Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov dünya şöhrətli siyasətçinin ictimai-siyasi dövlətçilik fəaliyyəti ilə bağlı fikirlərini açıqlayıb. O, ümummilli liderin gərgin diplomatik səyləri şəxsi nüfuzu sayəsində müstəqil respublikamızın bir sıra beynəlxalq təşkilatlara, o sıradan Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul edildiyini, öz beynəlxalq mövqeyini daha da möhkəmləndirdiyini diqqətə çatdırıb.

Heydər Əliyevin dəniz nəqliyyatı kompleksinin yaradılması inkişaf etdirilməsində xidmətləri əvəzsizdir. Ulu öndərin gələcəyi görmək qabiliyyəti sayəsində onun SSRİ dövründə təməlini qoyduğu möhtəşəm layihələr bu gün öz bəhrəsini verməkdədir. Azərbaycan hələ 1995-ci ildən hazırda 182 dövlətin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının üzvüdür. Respublikamız 20-dən artıq müvafiq beynəlxalq konvensiya protokollarına qoşulub. Ölkə iqtisadiyyatında əhəmiyyətli yeri olan dəniz nəqliyyatı qarşıda duran mühüm vəzifələri layiqincə yerinə yetirməkdədir. Qüdrət Qurbanov Azərbaycan donanmasının Xəzəryanı ölkələr içərisində xüsusi çəkisi olduğu barədə konkret fikirlərini bildirib. O əmin edib ki, Dövlət Dəniz Administrasiyasının kollektivi ümummilli liderin Azərbaycanın daha da qüdrətlənməsi, sosial-iqtisadi siyasi nailiyyətlərinin artırılması sahəsində qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcək.

Dövlət Dəniz Administrasiyasının mətbuat katibi Ərsalan Əliyev xalqımızın milli mənlik şüurunun oyanışında, azadlıq müstəqillik hissinin güclənməsində, ölkəmizin dünya meridianlarında daha da şöhrətlənməsində Heydər Əliyevin titanik fəaliyyətinin əvəzedilməz rol oynadığı barədə ətraflı danışmışdır. O bildirmişdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü bütün işlər xalqımızın sosial rifahının daha da yaxşılaşdırılmasına, ölkədə əsl işgüzarlıq mühitinin yaranmasına, sosial ədalət prinsiplərinin bərqərar olmasına, sağlam, mənəvi-psixoloji şəraitin davamlılığına hesablanmışdır.

Dövlət Dəniz Administrasiyası rəisinin müavinləri Şahlar Məmmədovun, Namiq Ağamalıyevin gəmi heyəti şöbəsi pasport sektorunun müdiri Tofiq Mədətovun çıxışlarında da görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın tərəqqisi, xalqımızın daha xoşbəxt həyatı naminə həyata keçirdiyi islahatlara nəzər salınmış, ulu öndərin dövlətçilik tariximizdəki şərəfli missiyası barədə geniş söhbət açılmışdır.

 

 

Azərbaycan.-2009.-9 may.-S.12.