Çay daşlarının
möcüzəsi
Müşfiqabad qəsəbə mədəniyyət
evində mədəniyyət evinin direktoru Ə.Həsənovun təşəbbüsü
ilə istedadlı gənc rəssam Ədalət Elmanın əsərlərindən
ibarət sərgİ keçirildi. Sərgini
giriş sözü
ilə açan Qaradağ
rayon Müşfiqabad
qəsəbə nümayəndəsi Rəşad Qubadov bildirdi ki, rəssamın
yaradıcılığında Azərbaycan xalqının tarixi keçmişi, bu günü və
sabahı öz əksini tapıb: «Azərbaycanın sənət adamlarının, tarixi şəxsiyyətlərin
obrazlarını kiçik çay daşlarının üzərində
məharətlə canlandırıb. Ədalət ovuc içi boyda çay
daşları üzərində böyük,
zəngin bir dünya yaradıb.
Ulu öndərimiz Heydər Əliyev
vaxtilə Ədalət Elmanın sərgisində iştirak etmiş, rəngarəng
çay daşları üzərində
yaratdığı sənət nümunələrinə böyük qiymət vermişdir».
Qeyd edək ki, ulu
öndər Heydər Əliyevin 86 illiyinə həsr olunmuş «Çay
daşlarının möcüzəsi» adlı bu sərgidə kiçik
daşlar üzərində işlənmiş
nadir sənət nümunələri, tarixi keçmişimizi, bu günümüzü əks
etdirən sənət əsərləri nümayiş
etdirildi. Sərgidə nümayiş
etdirilən əsərlər içərisində S.Bəhlulzadənin,
xalq qəhrəmanı Babəkin,
xalqımızın böyük şairləri
Nizaminin, Füzulinin,
Nəsiminin, Sabirin canlı obrazları
tamaşaçıları heyrətdə qoydu.
H.Əliyevin anadan olmasının 86-cı
ildönümünə həsr olunmuş
kompozisiyada nümayiş
etdirilən «Müqəddəs cütlük»,
«Ulu öndər», «Dahi»
əsərləri tamaşaçıların böyük
marağına səbəb oldu.
Tədbirdə çıxış edən Ədalət
Elman bildirdi ki, o, mayın 10-da ümummilli liderin 86-cı
ildönümü münasibətilə Xaçmaz Dövlət Rəsm Qalereyasında
xüsusi sərgi keçirəcək.
ZÜMRÜD
Mədəniyyət. - 2009.- 9 may.- S. 16.