Ulu öndər
Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın
qəlbində əbədi
yaşayacaqdır
Mayın 10-u müasir müstəqil
Azərbaycan dövlətinin
memarı və qurucusu, xalqımızın
dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümüdür.
Qədirbilən Azərbaycan
xalqı, bütün
dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər altıncı ildir bu dahi şəxsiyyətin
doğum gününü
onsuz qeyd edirlər.
Ümummilli liderin
ad günü ərəfəsində olduğu
kimi, mayın 10-da da səhər tezdən respublika ictimaiyyətinin nümayəndələri,
ölkəmizin müxtəlif
rayon və şəhərlərindən Bakıya
gəlmiş insanlar, Azərbaycan paytaxtının
qonaqları axın-axın Fəxri xiyabana üz tutur, ulu öndər Heydər Əliyevin məzarı önünə əklillər,
təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir,
ruhuna dua oxuyurlar.
Xalqımızın xilaskar
oğlunun doğum günündə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və xanımı, ailə üzvləri, ulu öndərin doğmaları, yaxınları
onun məzarını
ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, onun ruhu
qarşısında baş
əydi.
Azərbaycan Respublikasının
Dövlət himni səsləndi.
Sonra Prezident
İlham Əliyev və ailə üzvləri görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət
xadimi Əziz Əliyevin və tanınmış həkim,
alim Tamerlan Əliyevin məzarlarını
ziyarət etdilər və gül dəstələri qoydular.
Ümummilli lider
Heydər Əliyevin məzarının ziyarət
edilməsi mərasimində
Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak edirdilər.
AzərTAc
Azərbaycan.-2009.-13 may.-S.2.