Prezident İlham
Əliyev Bakıda Talassemiya Mərkəzinin açılışında iştirak
etmişdir
Mayın 9-da Bakının
Nərimanov rayonundakı
Fətəli xan Xoyski prospektində Talassemiya Mərkəzinin açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Dövlətimizin başçısı
və xanımı mərkəzin açılışını
bildirən lenti kəsdilər.
Sonra mərkəzlə
tanışlıq oldu.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, ulu
öndərin anadan olmasının 86-cı ildönümü ərəfəsində
ümummilli liderin adını daşıyan,
ideyalarını təbliğ
edən Heydər Əliyev Fondunun təsəbbüsü ilə
tikilən və bu gün istifadəyə
verilən Talassemiya Mərkəzi həmin xəstəliyə
düçar olanlar və onların yaxınları üçün
ümid yeridir.
Uşaqların sağlamlığının
qorunması fəaliyyətinin
prioritet istiqamətlərindən
biri olan Heydər Əliyev Fondunun "Talassemiyasız
həyat naminə"
proqramı çərçivəsində
inşa olunmuş Talassemiya Mərkəzinin binası zirzəmidən,
beş mərtəbədən
və mansard hissədən ibarətdir. Tikinti işlərinə 2006-cı
ildən başlanmışdır
və layihənin ümumi dəyəri 18 milyon ABŞ dollarıdır.
Türk Əməkdaşlıq
və İnkişaf Agentliyi Mərkəzi 590 min dollar dəyərində
avadanlıqla təchiz
etmişdir.
Ümumi sahəsi 7 min 720 kvadratmetr olan bina tam
hermetikdir, xarici divarları isti və soyuğa qarşı izolə olunmuşdur. Binanın interyerinə və dizaynına xüsusi diqqət yetirilmiş, bu zaman həkimlərin,
memarların, dizaynerlərin
və psixoloqların məsləhətləri nəzərə
alınmışdır.
Mərkəz üçün
seçilən antibakterioloji
ləvazimat xəstələrin
yaşı nəzərə
alınmaqla əlvan rəngli və müsbət enerji verən dizayna uyğunlaşdırılmışdır.
Foyedə ulu öndər Heydər Əliyevə həsr rolunmuş guşə yaradılmış, altı
metr uzunluğu olan akvarium quraşdırılmışdır.
Tibb işçilərinin
rahat və yüksək səviyyədə
xidmət göstərmələri,
xəstələrin müayinə
və müalicəsinin
aparılması ardıcıllığı
nəzərə alınaraq
otaqların təyinatına,
həmçinin mərtəbələr
üzrə bölüşdürülməsinə
xüsusi diqqət yetirilmişdir. Birinci mərtəbədə qeydiyyat
şöbəsi, donor
mərkəzi, həkim
otağı, ultrasəs
müayinəsi və
köməkçi otaqlar,
laboratoriya vardır. Laboratoriyada qan qrupunu avtomatik təyin edən aparat və digər lazımi avadanlıq quraşdırılmışdır.
İkinci mərtəbə
poliklinikadır. Burada
baş həkimin otağı, iki hissədən ibarət transfuziya zalı, on iki otağı
olan klinika, ümumi laboratoriya, manipulyasiya və şüa diaqnostikası otaqları fəaliyyət
göstərəcəkdir.
Sahəsi 1280 kvadratmetr
olan üçüncü
mərtəbədə iliyin
köçürülməsi üçün əməliyyat
otağı, hərəsi
bir nəfərlik beş reanimasiya palatası, iki manipulyasiya otağı, sterilləşdirmə mərkəzi,
molekulyar diaqnostika laboratoriyası yerləşir.
Xəstələr müasir
palatalarda müalicə
alacaqlar. Reanimasiya palatalarının və əməliyyat otağının
yerləşdiyi hissəni
laminar hava ilə təmin etmək üçün xüsusi havalandırma sistemi quraşdırılmışdır.
Mərkəzin dördüncü
mərtəbəsində hər
biri iki nəfərlik on üç palata, hərəsi bir nəfərlik dörd palata, uşaqlar üçün oyun otağı vardır. Beşinci mərtəbədə
kafe, yeməkxana, kitabxana, internet mərkəzi, 110 nəfərlik
konfrans salonu fəaliyyət göstərir.
Sahəsi 1080 kvadratmetr
olan mansardda Almaniyada istehsal olunmuş havalandırma sistemi quraşdırılmışdır.
Zirzəmidə havalandırma
və qaz şəbəkəsinin qurğuları,
izolyator zalı, rabitə və mərkəzi kompüter sistemi, camaşırxana və sterilləşdirmə
otağı yerləşir.
Binanın xüsusi yanğın təhlükəsizliyi
sistemi də vardır.
Ən müasir avadanlığın
quraşdırıldığı mərkəzin istifadəyə
verilməsi ilə Azərbaycanda ixtisaslaşdırılmış
tibb ocağının
və qan bankının yaradılmasına,
talassemiyadan əziyyət
çəkən uşaqların
təhlükəsiz və
keyfiyyətli qanla təminatı üçün
könüllü donor
xidmətinin inkişaf etdirilməsinə,
talassemiyanın yayılmasının
qarşısını almaqdan
ötrü əhalinin
maarifləndirilməsi və
talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə
əməkdaşlığın genişləndirilməsinə, ölkəmizdə yüksək
ixtisaslı kadrların
hazırlanmasına nail
olunmuşdur.
Məlumat verildi ki, yaxın gələcəkdə burada
talassemiyanın radikal
müalicəsi üsulunun
tətbiqi də nəzərdə tutulur. Bu isə xəstənin
tam sağalması deməkdir. Burada quraşdırılan avadanlıq
müalicənin ən
yüksək səviyyədə
aparılmasına şərait
yaradır.
Paytaxtımızda yeni müalicə mərkəzinin
istifadəyə verilməsi
Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qorunması
işinə ən dəyərli töhfələrindən
biridir.
Prezident İlham Əliyev mərkəzdə
yaradılmış şəraitdən
razılığını bildirdi.
AzərTAc
Azərbaycan.-2009.-13 may.-S.2.