Prezident İlham Əliyev paytaxtın "Sahil" bağında aparılmış əsaslı təmir yenidənqurma işləri ilə tanış olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da paytaxtın Səbail rayonundakı "Sahil" bağında aparılmış əsaslı təmir yenidənqurma işləri ilə tanış olmuşdur.

Dövlətimizin başçısı xanımı Mehriban Əliyeva qızları Leyla Arzu ilə birlikdə parkı gəzdilər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bağda aparılmış əsaslı təmir yenidənqurma işləri barədə məlumat verdi.

Bildirildi ki, "Sahil" bağı da dövlət başçısının paytaxtda parkların xiyabanların əsaslı təmiri yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılmışdır. Ərazisi 22 min kvadratmetr olan bu istirahət guşəsində qısa müddətdə görülmüş işlər buranın görkəmini tamamilə dəyişmişdir. Bağda kompüterlə idarə olunan 3 yeni fəvvarədən ibarət kompleks yaradılmışdır. Fəvvarə kompleksi italiyalı mütəxəssislər tərəfindən quraşdırılmışdır.

Bağın 12 min kvadratmetr ərazisinin asfalt örtüyü ləğv edilmiş, onun yerinə Braziliya, İsveç, Çin İtaliyadan gətirilən qranit-mərmər döşənmişdir. Burada, həmçinin müxtəlif hava şəraitinə davamlı materialdan hazırlanmış oturacaqlar qoyulmuş, Hollandiyadan gətirilmiş müxtəlif ağaclar gül kolları əkilmiş, çəmənlik salınmışdır. İşıqlandırma sistemində İtaliya istehsalı olan yüksək keyfiyyətli avadanlıqdan istifadə edilmişdir.

Dövlətimizin başçısı bağda ailə üzvləri ilə birgə xatirə şəkli çəkdirdi.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, əlavə tövsiyə tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 may.-S.3.