Prezident İlham
Əliyev Bakının
Yasamal rayonundakı İzmir parkının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da paytaxtın Yasamal rayonundakı İzmir parkına gələrək bu istirahət guşəsinin
əsaslı təmir
və yenidənqurmadan
sonrakı vəziyyəti
ilə
Dövlətimizin başçısı xanımı Mehriban Əliyeva və qızları ilə birlikdə parkı gəzdi.
Prezident İlham Əliyevə parkda aparılmış əsaslı təmir və yenidənqurma işləri barədə ətraflı məlumat verildi.
Bildirildi ki, sakinlərin istirahəti üçün yararsız vəziyyətdə olan park dövlətimizin başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılmışdır. Bu ilin fevralında başlanılmış yenidənqurma işləri qısa vaxtda yüksək keyfiyyətlə başa çatdırılmışdır. İndi İzmir parkı paytaxtımızın bu hissəsinə xüsusi yaraşıq verir.
Bir hektara yaxın
ərazini əhatə
edən parkda hündürlüyü 8 metr,
diametri 14 metr, çəkisi 10 ton olan qranit daşdan və çuqundan hazırlanmış yeni müasir fəvvarə quraşdırılmışdır. Beş iş rejimi olan fəvvarə
300 lampa ilə işıqlandırılmışdır.
Parkın ərazisinə
Hindistanda istehsal olunmuş təbii daşlar və plitələr döşənmişdir.
Ərazidə Belçika
və İtaliyadan gətirilmiş müxtəlif
ağaclar və gül kolları, o cümlədən taksus, banzay və sərv ağacları, qızılgüllər,
azaliyalar və digər dekorativ bitkilər əkilmiş, yaşıllıq salınmışdır.
Axşam saatlarında
bu ağacların hamısı işıqlandırılır.
Yaşıllaşdırılmış ərazidə avtomatik suvarma sistemi quraşdırılmışdır. Parkın xarici divarları Abşeron daşından, istinad divarları isə xaricdən gətirilən
travertin və mərmərdən inşa
olunmuşdur.
Ərazidə yeni yollar və cığırlar salınmış,
daş heykəlciklər
qoyulmuşdur.
Müasir tələblər
səviyyəsində qurulan
parkın işıqlandırma
sistemi Almaniya istehsalı olan yüksək keyfiyyətli
avadanlıqdan yığılmışdır.
Ərazidə 85 orijinal
çıraq quraşdırılmış,
85 rahat oturacaq qoyulmuşdur.
Dövlətimizin başçısı
parkda görülmüş
əsaslı təmir
və yenidənqurma işlərindən razı
qalmışdır.
AzərTAc
Azərbaycan.-2009.-13 may.-S.3.