Prezident İlham Əliyev İnşaatçılar prospektində Müşfiq parkının əsaslı təmir yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur

 

Dövlətimizin başçısı xanımı Mehriban Əliyeva birlikdə parkı gəzdilər.

Prezident İlham Əliyevə parkda aparılmış əsaslı təmir yenidənqurma işləri barədə ətraflı məlumat verildi.

Bildirildi ki, yararsız vəziyyətdə olan ərazidə yenidənqurma işlərinin aparılmasına ehtiyac yaranmışdı. Ərazisi 2100 kvadratmetr olan park qısa vaxt ərzində aparılmış bərpa işləri nəticəsində tamamilə yeni görkəm almışdır. XX əsr Azərbaycan poeziyasının qüdrətli simalarından biri olan Mikayıl Müşfiqin 1968-ci ildə bu parkda qoyulan abidəsi bərpa olunmuşdur.

Xatırladaq ki, Prezident İlham Əliyev milli ədəbiyyatımızın şeir xəzinəsinə qiymətli incilər bəxş etmiş Mikayıl Müşfiqin 100 illik yubileyinin qeyd olunması haqqında 2007-ci ildə sərəncam imzalamışdır.

Parkda yaraşıqlı çıraqlar, rahat oturacaqlar qoyulmuş, yerə təbii daş plitələr döşənmiş, pilləkənlər divarlar mərmərdən işlənmiş, nikel tutacaqlar quraşdırılmış, yeni salınmış qazonun ətrafına bəzək daşları düzülmüş, müasir işıqlandırma sistemi ilə təmin edilmişdir.

Burada bütün ağaclar saxlanılmaqla, gül dekorativ kollar, yeni ağaclar əkilmiş, yaxınlıqdakı yaşayış binası təmir olunmuşdur.

Prezident İlham Əliyev parkda aparılmış işlərdən razılığını bildirdi, şəhərdə aparılan yenidənqurma işləri ilə bağlı tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 may.-S.3.