Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə
başlamasının 5 illiyi
münasibətilə təntənəli
mərasim keçirilmişdir
Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın çıxışı
- Xanımlar və
cənablar!
Hörmətli qonaqlar!
Bu gün
- may ayının 10-u
müasir Azərbaycanın
və hər bir azərbaycanlının
həyatında və
taleyində silinməz
iz qoymuş böyük simanın, dahi şəxsiyyətin ad günüdür. Ölkəmizin hər bir vətəndaşı
ömrünün böyük
bir hissəsini, mənalı
və yetkin çağlarını bu
insanın rəhbərliyi
altında yaşamışdır.
Bu rəhbərlik təkcə yüksək vəzifə borcu kimi qalmadı, özünü insani mənada daha geniş əks etdirdi. Bu rəhbərlik
vətənsevərliyə, iradəyə, qüdrətə
köklənmiş mərd
ata və müdrik ağsaqqal qayğısı idi. Söhbət XX əsr Azərbaycan tarixinin baş qəhrəmanı,
müasir müstəqil
Azərbaycan Respublikasının
banisi və qurucusu unudulmaz Prezident Heydər Əliyevdən gedir. Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini
və anlarını,
Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz
xəyalların və
arzuların reallaşması
insan fenomeninin gücünə mümkündür.
Səksən il sürən bu şərəfli ömür
sübut etdi ki, böyük və nadir insanlar
doğulduqları andan
ömrünün sonuna
qədər yüksək
və ali missiyanın daşıyıcıları
olurlar. Onlar millətlərinin və ümumiyyətlə, bəşər
tarixinin inkişafında
və tərəqqisində
müstəsna və əvəzolunmaz rol oynamış olurlar. Yəqin ki, belə insanların ömrü elə bu səbəbdən alov parçası kimi sönmədən, yorulmadan, dayanmadan, son nəfəsə qədər böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr
olunur. Belə insanlar tarixin mürəkkəb anlarında
bütün çətinlikləri
dəf edərək həmişə zəfər
çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan
Respublikası və onun bugünkü nailiyyətləridir.
Heydər Əliyev Fondunun prezidenti kimi fondumuzun 5 illik yubileyi münasibətilə bura toplaşan bütün qonaqları səmimi qəlbdən salamlayıram.
Fondun fəaliyyəti
artıq hər kəsə bəllidir. Beş il ərzində görülən işlər,
əldə edilən nailiyyətlər haqqında
bu axşam burada danışılacaq.
Öz adımdan təkcə onu demək istəyirəm ki, bu beş
il ərzində görülən işlər
bir çox sahələri - elmi, təhsili, mədəniyyəti,
səhiyyəni,
sosial sferanı əhatə edir. Lakin bunları birləşdirən bir amil var. Bu
da Azərbaycana, Vətənə xidmət
etmək arzusu və şərəfidir.
Bu yolda bizə kömək edən, bizi dəstəkləyən, bizə
inanan hər bir insana dərin
minnətdarlığımı bildirirəm. Fondun əməkdaşlarına - gənc,
istedadlı və insan problemlərinə heç zaman biganə qalmayan komandamın hər bir üzvünə xüsusi minnətdarlığımı
bildirirəm. Bir daha sizi əmin
etmək istəyirəm
ki, Heydər Əliyevin adını daşıyan Fond Azərbaycanın bu günü və gələcəyi naminə
bundan da artıq işlərə hazır və qadirdir.
Əziz qonaqlar, bir daha sizin hamınızı 10 may münasibətilə ürəkdən təbrik edir, sizə cansağlığı, uğurlar arzulayıram. Qoy, ad günü ilə yubileyi birləşdirən bu axşam keçmişin dərslərini unutmamağa, əcdadlarımızın xatirəsini uca tutmağa, bu günümüzü qorumağa, gələcəyimizi isə qurmağa çağıran bayrama çevrilsin. Qoy, Tanrı hər zaman Azərbaycanı qorusun!
* * *
Sonra ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdirildi. Filmdə ulu öndərin ailə həyatından görüntüləri əks
etdirən kadrlar ilk dəfə ictimaiyyətə təqdim
olundu.
Azərbaycan.-2009.-13 may.-S.4.