Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir

 

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 

 - Hörmətli xanımlar cənablar!

- Əziz dostlar!

Bu gün bu qısa filmdə səslənən sözləri mən düz beş il bundan əvvəl - 2004-cü il mayın 10-da, Heydər Əliyev Fondunun təsis günündə demişəm və bu sözlər bu gün də aktualdır. Bu sözlər həm keçmiş haqqında, həm gələcək haqqındadır. Ulu öndər Heydər Əliyev haqqında çoxlu kitablar yazılıb, çoxlu elmi əsərlər yazılıb, çoxlu fikirlər səslənib. Bir şeyi əlavə edə bilərəm ki, Heydər Əliyev bütün dövrlərdə bütün sınaqlardan şərəflə çıxmışdır. Bütün mübarizələrdə - istər daxili, istər beynəlxalq müstəvidə, bütün dövrlərdə doğma Vətənini müdafiə etmişdir və qələbə qazanmışdır. Əgər biz tarixə bir daha nəzər salsaq, görərik ki, Heydər Əliyevsiz dövrlər Azərbaycan üçün böyük fəlakətlərlə nəticələndi. Yaşadığımız indiki dövr Azərbaycan üçün uğurludurbunun da tək səbəbi var. Çünki bu gün Heydər Əliyev siyasəti yaşayır, onun ideyaları yaşayır, onun qurduğu müstəqil dövlət yaşayır və güclənir.

1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-80-ci illərin əvvəlləri Azərbaycanın intibah dovrü olmuşdur. Azərbaycan sürətlə inkişaf etdisovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Ondan sonra, 1983-1993-cü illərdə, Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə yavaş-yavaş Azərbaycan yenə tənəzzülə uğradı və bu tənəzzül əslində, təzəcə əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi. Biz deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik. Çünki formal olaraq, müstəqillik 1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi. Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycan müstəqil ölkə kimi yaşaya bilmirdi, müxtəlif təzyiqlərə məruz qalırdı və bu təzyiqə davam gətirə bilmirdi. Ölkənin müstəqilliyi əldən gedirdi. Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən başlanmışdır. Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra başlanmışdır və on il ərzində Azərbaycan yenə də postsovet məkanında ən geridə qalmış, ən problemli ölkədən ən qabaqcıl ölkəyə çevrilmişdir. Bu gün bu, tam həqiqətdir və bu gün Heydər Əliyev siyasəti davam etdirilir.

Beş il bundan əvvəl deyilən sözlər bu gün də aktualdır və bugünkü həyat, Heydər Əliyevsiz keçdiyimiz bu yol onun əyani sübutudur. Əgər bu siyasət davam etdirilməsəydi, bilmək olmaz Azərbaycan hansı fəlakətlərlə üzləşə bilərdi, hansı vəziyyətə düşə bilərdi. Məhz 1993-2003-cü illərdə qoyulmuş möhkəm təməl, başlanmış islahatlar, irəli sürülmüş təşəbbüslər bugünkü reallığı mümkün edibdir. Məhz o illərdə iqtisadi sahədə, energetika sahəsində böyük addımlar atılmışdır, Heydər Əliyevin neft strategiyası başlanmışdır və bu gün bu strategiya uğurla davam etdirilir. Əgər biz bu mühüm amili götürsək, görərik ki, bu, olmasaydı, Azərbaycanın daxili vəziyyəti bu gün necə olardı, xarici mövqeləri necə olardı və ümumiyyətlə, beynəlxalq nüfuzu nədən ibarət olardı. Bütün bugünkü uğurlara görə biz ulu öndərə borcluyuq. Onun uzaqgörənliyi, cəsarəti, fədakarlığı bugünkü günü mümkün etmişdirbiz - onun davamçıları onun siyasətini bundan sonra da davam etdirəcəyik, Azərbaycanı bundan sonra da onun yolu ilə irəliyə aparacağıq. Azərbaycan dövləti müstəqil dövlətdir, Azərbaycan dövləti öz millidini ənənələrinə sadiq dövlətdir. Eyni zamanda, Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir və Azərbaycanın müasirləşməsi, modernləşməsi işində biz bundan sonra da öz səylərimizi qoyacağıq. Ölkəmizi inkişaf etmiş ölkələrin sırasına daxil edəcəyik. Ölkədə bu potensial var - həm insani potensial, həm siyasi iradə, həm iqtisadi potensial, bölgədəki mövqelərimizin möhkəmlənməsi, sürətli inteqrasiya prosesləri. Azərbaycanın qarşısında bütün yollar açıqdır, bütün üfüqlər açıqdır, aydındır və biz irəliyə gedirik. Biz inkişaf yolu ilə gedirik. Bu inkişaf yolunu Heydər Əliyev bizə göstərmişdir və onun Azərbaycan xalqına və onun davamçılarına ən böyük vəsiyyəti də məhz ondan ibarət idi ki, Azərbaycanı qoruyun, Azərbaycanın müstəqilliyini möhkəmləndirin, Azərbaycanın daxili potensialından səmərəli istifadə edin. Azərbaycan bundan sonra heç vaxt müstəqilliyini itirməyəcək. Yalnız və yalnız öz imkanlarını ortaya qoyaraq daha da möhkəm dövlətə çevriləcəkdir.

Bu gün həm ölkədə gedən proseslər, həm bizim bölgədəki mövqelərimiz, dünya proseslərinə təsir imkanlarımızın genişlənməsi bir məqsədi güdür ki, Azərbaycan dövləti daha da möhkəmlənsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın, təhlükəsizlik, sülh şəraitində, rifah içində yaşasın. Bizim son illər ərzində apardığımız bütün islahatlar bu məqsədi güdür.

Mən çox şadamçox böyük qürur hissi keçirirəm ki, biz - Heydər Əliyevin davamçıları ölkəmizi onun istədiyi kimi idarə edirik. Biz ölkəmizi idarə edərkən, ilk növbədə, onun kimi, Heydər Əliyev kimi, öz siyasətimizi xalqın inamına arxalanaraq xalqın iradəsi ilə aparırıq. Bu, hər bir ölkənin uğurlu inkişafı üçün başlıca şərtdir. Bütün başqa amillərlə bərabər, ən başlıca şərt xalqla iqtidar arasında olan birlikdir, aparılan siyasətə xalq tərəfindən olan dəstək və bütün cəmiyyətin ümumi bir ideya ətrafında, milli ideya ətrafında birləşməsi və vətəndaş həmrəyliyidir. Bu ideyanı - azərbaycançılıq fəlsəfəsi, azərbaycançılıq ideologiyasını da Heydər Əliyev bizə əmanət edib. Bu, bizim dövlətimizin əsas ideoloji sütunudur. Biz bu möhkəm zəmin üzərində müasir dövlət qururuq. O dövlət ki, artıq dünyada özünəlayiq yerini tuta bildi, o dövlət ki, öz hesabına yaşayır, müstəqil həyat sürür və dövlət müstəqilliyini hər şeydən üstün tutur.

Bu gün çox gözəl bir gündür. Bu gün biz iki gözəl hadisəni qeyd edirik - Heydər Əliyevin doğum gününüonun adını daşıyan fondun beş illik yubileyini. Bu son beş il ərzində Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq fondu olmuşdur. Bu fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır. İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsimizin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm. Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən "Xoş niyyət" deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük.

İndi statistik rəqəmləri gətirmək istəmirəm, bunlar hamısı artıq tarixdə var. Nə qədər insana şəfa verildi. Nə qədər insanlar sağalmayan yaralardan sağaldılar, müalicə aldılar. Nə qədər uşaq qayğı gördü, nə qədər kimsəsiz uşağa əl uzadıldı. Yeni tikilmiş uşaq evlərində yaşayan uşaqlar artıq gələcəyə inanırlar, onlar öz doğma Vətənində yaşamaqdan qürur hissləri keçirirlər. Fondun təşəbbüsü ilə başlanmış geniş məktəb tikintisi, - mən bunu bu gün açıq deməliyəm, - biz bu təşəbbüsü əsas götürüb ölkəmizdə geniş miqyasda məktəb tikintisinə başlamışdıq. Amma ilk məktəblər məhz fondun təşəbbüsü ilə və fond tərəfindən tikilmişdir. O məktəblərdə oxuyan, kompüterlə məşğul olan, yaxşı imkanlara malik olan uşaqlar gələcəyə nikbinliklə baxırlar. Onlar Azərbaycanın gələcəyidir. Mən birmənalı şəkildə deyə bilərəm ki, Heydər Əliyev fondu mədəniyyət sahəsində və digər sahələrdə, ölkə həyatında önəmli bir amilə çevrilibdir və əminəm ki, fond bundan sonrakı fəaliyyətində də ümumbəşəri prinsipləri irəliyə aparacaqdır.

 Heydər Əliyev Fondu milli fonddur. Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır. Eyni zamanda, Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyada təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür. Düşübdür deyəndə, fond fondun rəhbərliyi bütün bu işləri öz təşəbbüsü ilə görür, mən bunu da deməliyəm.

Ona görə mən fondun fəaliyyətini çox təqdir edirəm, çox bəyənirəm şübhə yoxdur ki, bundan sonra da Azərbaycanın gələcək inkişafında fondun rolu böyük olacaqdır.

Əziz dostlar, bu gözəl gündə mən sizin hamınızı yeni tikilmiş bu gözəl "Buta" sarayında salamlayıram. Bu gün çox əlamətdar bir gündür əminəm ki, bu gün bizim üçün gözəl keçəcəkdir. Bu gün ulu öndər Heydər Əliyevin xatirəsini yad etdik. Onun xatirəsinə hörmət onun işlərinə ən böyük mükafatdır. Mən bu gün bu kürsüdən bütün Azərbaycan xalqına öz dərin hörmət məhəbbətimi ifadə etmək istəyirəm. Bütün Azərbaycan xalqına xoşbəxtlik cansağlığı arzulayıram. Sağ olun

 

* * *

Sonra Heydər Əliyev Mükafatının təqdimetmə mərasimi oldu.

 

 

Azərbaycan.-2009.-13 may.-S.4.