Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni inzibati binasının təntənəli açılış mərasimi keçirilmişdir

 

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 

 - Əziz dostlar!

Hörmətli xanımlar cənablar!

Mən sizin hamınızı Ali Məhkəmənin yeni binasının açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu gözəl bina həm şəhərimizə əlavə yaraşıq verir, həm ki, bu binada işləmək üçün, fəaliyyət göstərmək üçün ən gözəl şərait yaradılıbdır. Bu binada ən yüksək standartlar tətbiq olunub, həm memarlıq baxımından, həm daxili tərtibat, dizayn baxımından dünyanın ən yüksək standartlarına cavab verən binadır. Bu binanın funksional tərəfi çox müasirdir bu binaya girən hər bir insan bunu öz gözləri ilə görür.

Təxminən üç il bundan əvvəl bu yerdə biz binanın təməl daşını qoyduq. Bu yerdə əvvəllər bir zavod yerləşirdi, o zavod demək olar ki, fəaliyyətini dayandırmışdı. Şəhərimizin ümumi abadlıq işlərinə göstərilən diqqətin əlaməti olaraq Ali Məhkəmənin binasının məhz bu yerdə tikilməsi nəzərdə tutulmuşdur. Çünki bu, şəhərin mərkəzidir, Bakıya girişdir son üç il ərzində bu yol da genişləndirildi, binanın ətrafında yerləşən köhnə binaların siması da dəyişdirildi. Bir sözlə, şəhərin bu hissəsi paytaxtımızın ən gözəl yerlərindən biridir. Ali Məhkəmənin binası məhz belə olmalı idi, gözəl, əzəmətli, eyni zamanda müasir.

Mən binanın təməl daşının qoyulması ilə əlaqədar keçirilmiş mərasimdə demişdim ki, bu bina - Ali Məhkəmə ədalət sarayı olmalıdır artıq biz bunu əyani şəkildə görürük. Çox vacibdir ki, burada qəbul edilmiş bütün qərarlar ədalətli olsun. Çünki ədalət hər bir cəmiyyətin inkişafı üçün başlıca amillərdən biridir. Hər yerdə ədalət olmalıdır, ilk növbədə, məhkəmə sistemində. Çünki burada qəbul edilmiş qərarlar insanların taleyinə təsir göstərir. Bir demək istəyirəm ki, heç bir cinayət cəzasız qalmamalıdır, ancaq günahsız insanlar da cəzalandırılmamalıdır. Ona görə hakimlərin üzərinə çox böyük şərəfli missiya düşür.

Son illər ərzində Azərbaycanda məhkəmə-hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verir. İnsanların məhkəmə orqanlarının qərarlarına inamı artır. Biz bunu görürük, bilirik yerlərdən bu məsələ ilə əlaqədar gələn şikayətlərin sayı azalır, məhkəmə qərarları ədalətli çıxarılır. Düzdür, hər bir yerdə olduğu kimi, biz ədalətsizlikləri görürük. Bizim vəzifəmiz ondan ibarətdir ki, bu ədalətsizlikləri aradan götürək. Həyatımızın bütün sahələrində ədalət olmalıdır bu, hər bir cəmiyyətin inkişafı üçün çox vacibdir.

Qanunun aliliyi Azərbaycanda tam şəkildə bərqərar olunmalıdır. Hüquqi dövlət quruculuğu işində biz çox böyük uğurlar əldə etmişik. Azərbaycanda dövlət quruculuğu ilə bərabər, hüquqi dövlət quruculuğu da sürətlə uğurla gedir. Qəbul edilmiş qərarlar, məhkəmə- hüquq sistemində aparılmış islahatlar, yeniliklər, eyni zamanda, dünyada mövcud olan ən mütərəqqi təcrübənin Azərbaycanda tətbiq edilməsi - bütün bu işlər ölkəmizi gücləndirir.

Ölkənin gücü təkcə iqtisadi artımla ölçülmür. Ölkənin gücü insanların ölkədə azad şəkildə yaşamasından, demokratiyanın inkişafından, məhkəmələrin azad olmasından asılıdır. Biz çalışırıq bundan sonra da çalışacağıq ki, ölkəmizi hərtərəfli inkişaf etdirək. Əlbəttə ki, bizim güclü iqtisadi potensialımız ölkədə aparılan köklü islahatların davam etdirilməsi üçün çox mühüm vasitədir. Azərbaycanda siyasi sistemin təkmilləşməsi işində çox vacib islahatlar aparılmışdır. Bu islahatlar davam etdirilir.

Azərbaycan demokratiyanın inkişafı sahəsində çox böyük uğurlu yol keçmişdir. Bizim ölkəmiz demokratik əsaslarla idarə olunur, xalqın iradəsinə əsaslanır. Xalqla iqtidar arasındakı birlik məhz ölkədə demokratik vəziyyətin qədər möhkəm olduğunu göstərir. Demokratiyanın inkişafı prosesi bütün dünyada getməlidir, o cümlədən müstəqilliyini nisbətən təzə əldə etmiş ölkələrdə. Azərbaycan dünya birliyinə inteqrasiya yolunu seçibdir. Azərbaycan müasirləşir, zənginləşir. Biz həm iqtisadi cəhətdən öz imkanlarımızdan istifadə edirik, eyni zamanda, siyasi islahatlar, məhkəmə-hüquq sistemində islahatlar paralel şəkildə aparılmalıdır aparılır. Bir daha demək istəyirəm ki, qanunun aliliyinin tətbiq edilməsi hər bir cəmiyyətin inkişafı üçün çox mühüm məsələdir.

Eyni zamanda, hamı qanun qarşısında bərabər olmalıdır. Heç bir kateqoriyadan olan insanlara heç bir güzəşt edilməməlidir. Hamı qanun qarşısında bərabərdir hamı qanun qarşısında öz məsuliyyətini dərk etməlidir. Məhz o halda cəmiyyətdə tam şəkildə ədalət bərqərar olunacaqdır.

Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olması, asayişin qorunması, hüquq-mühafizə orqanlarının fəaliyyətini tənzimləyən qanunların qəbul edilməsi bir məqsədi güdür: ölkəmiz daha da möhkəmlənsin, müasirləşsin, dünyada mövcud olan ən gözəl təcrübəni biz Azərbaycanda tətbiq edək, öz imkanlarımızı genişləndirək ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı üçün möhkəm əsasları yaradaq.

Azərbaycanda islahatların aparılması 1990-cı illərin ortalarından başlanmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həm iqtisadi islahatlar, həm siyasi islahatlar, müstəqil Azərbaycanın 1995-ci ildə Konstitusiyasının qəbul edilməsi çox mühüm hadisə olmuşdur. Seçki prosesinin təkmilləşməsi məsələləri böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə Azərbaycan çox böyük uğurlu yol keçmişdir. Azərbaycanda keçirilən seçkilər beynəlxalq standartlara uyğundur bunu təkcə biz yox, bütün beynəlxalq qurumlar təsdiq edir.

Bir sözlə, ölkəmizin gələcək inkişafı üçün bizdə bütün əsaslar - güclü iqtisadiyyat, iqtisadi potensial vardır. Azərbaycan hətta ən böhranlı günlərdə, aylarda göstərdi ki, biz uğurla inkişaf edə bilərik. İqtisadiyyatımız böhrana baxmayaraq, dörd ayda 4,5 faiz artmışdır. Qeyri-neft iqtisadiyyatı təxminən 14 faiz artmışdır. Biz, öz hesabımıza yaşayırıq yaşayacağıq. Demokratik proseslər Azərbaycanda çox uğurla gedir. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, vicdan azadlığı, bütün başqa azadlıqlar mövcuddur. Azərbaycanda açıq cəmiyyət, vətəndaş cəmiyyəti formalaşır, insanlar azaddır hesab edirəm ki, bizim uğurlarımızın əsas səbəbi məhz bu amillərin sintezindədir. Bir demək istəyirəm ki, islahatlar davam etməlidir. İslahatlar Azərbaycan xalqına böyük uğurlar gətiribdir ölkəmizin gələcək inkişafında lazımdırsa, o da ediləcəkdir.

Əziz dostlar, mən bu gözəl binanın - ədalət sarayının açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Məhkəmə-hüquq sistemində, hüquq-mühafizə orqanlarında çalışan bütün insanlara uğurlar xoşbəxtlik arzulayıram. Sağ olun.

 

* * *

 

Sonra Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış etdi.

 

 

Azərbaycan.-2009.-13 may.-S.6.