Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni inzibati binasının təntənəli açılış mərasimi keçirilmişdir

 

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Ali Məhkəmənin sədri Ramiz Rzayevin çıxışı

 

- Möhtərəm cənab Prezident!

Hörmətli həmkarlar!

Bu gün Ali Məhkəmənin həyatında çox əhəmiyyətli bir gündür. Ali Məhkəmənin yüksək statusuna uyğun olaraq, klassik memarlıq üslubunda inşa edilmiş inzibati binasının açılışı günüdür.

Cənab Prezident, bu bina Sizin rəhbərliyinizlə həyatımızın bütün sahələrində aparılan islahatların məhkəmə sistemində təzahürlərindən biridir. Biz xüsusi qürur hissi keçiririk ki, bu binanın təməl daşını Siz qoymusunuzbu gün bu binanın açılışında iştirak edirsiniz.

Bu binanın bu günlər istifadəyə verilməsi rəmzi bir məna daşıyır. Azərbaycanda hüquq islahatlarının təməlini ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. Ulu öndər xalqımızın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycan dövlətini qurdu, mütərəqqi təcrübədən istifadə edərək həyatımızın bütün sahələrində islahatlar apardı. Ulu öndərin təşəbbüsü ilə qanunun aliliyini, ədalət mühakiməsini həyata keçirərkən əsas insan hüquq və azadlıqlarının müdafiəsini təmin etmək, hakimlərin müstəqilliyini gücləndirmək üçün üçpilləli yeni məhkəmə sistemi yaradıldı. İlk dəfə olaraq test üsulu ilə, şəffaf prosedurlarla yeni hakim korpusu seçildi və onların statusu müəyyənləşdirildi. Qısa bir zamanda beynəlxalq standartlara uyğun qanunvericilik bazası yaradıldı.

Cənab Prezident, sonrakı illərdə bu islahatların məntiqi davamı kimi Sizin fərmanlarınız məhkəmə-hüquq sisteminin inkişafında mühüm əhəmiyyət kəsb edir. Sizin göstərdiyiniz diqqət və qayğı sayəsində Azərbaycanda ədalət mühakiməsini yüksək səviyyədə həyata keçirmək üçün gözəl şərait yaradılmışdır. Hakimlərin sayı əhəmiyyətli dərəcədə artırılmış, regionlarımızda apellyasiya məhkəmələri yaradılmış, hakimlərin və məhkəmə işçilərinin maddi təminatı yaxşılaşdırılmışdır. Məhkəmələrin maddi-texniki bazası möhkəmləndirilmişdir. Bir qrup hakim və məhkəmə işçiləri fəxri adlar, ordenmedallarla təltif olunmuşlar.

Cənab Prezident!

Ali Məhkəmənin ali məqsədi qanunun aliliyi, ədalət mühakiməsini həyata keçirərkən əsas insanhüquq azadlıqlarının müdafiəsi, vahid məhkəmə təcrübəsi yaradılmasıdır. Bu binaya görə, ümumiyyətlə, bizə göstərdiyiniz diqqət və qayğıya görə bütün hakimlərin adından Sizə dərin ehtiramımızı və təşəkkürümüzü bildirirəm.

Çox sağ olun.

 

* * *

 

Mərasimin sonunda Prezident İlham Əliyev Ali Məhkəmənin yeni binasının qarşısında tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

Tədbirdə Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 may.-S.6.