Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Ali Məhkəməsinin sədri Hasan Gerçəkəri qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Türkiyə Ali Məhkəməsinin sədri Hasan Gerçəkəri qəbul etmişdir.

Türkiyə Ali Məhkəməsinin sədri Hasan Gerçəkər qeyd etdi ki, dost qardaş ölkələr olan Azərbaycan ilə Türkiyə arasında əlaqələr bütün sahələrdə, o cümlədən məhkəmə sistemi sahəsində uğurla inkişaf edir. O, Azərbaycan Ali Məhkəməsinin yeni binasının açılış mərasimində iştirakından məmnunluğunu bildirdi.

Azərbaycan Ali Məhkəməsinin yeni binasının açılışını əlamətdar hadisə kimi dəyərləndirən dövlətimizin başçısı ölkəmizdə demokratik hüquqi islahatların uğurla həyata keçirildiyini qeyd etdi. Prezident İlham Əliyev yeni binanın istifadəyə verilməsini ölkəmizdə məhkəmə sisteminin daha da təkmilləşdirilməsi işinə xidmət edəcəyini bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 may.-S.7.