Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Ali Məhkəməsinin sədri Konstantin Kublaşvilini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Gürcüstan Ali Məhkəməsinin sədri Konstantin Kublaşvilini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə sistemi sahəsində inkişaf etdiyi bildirildi, bu sahədə əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olundu.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 may.-S.7.