Azərbaycan Prezidenti İlham Əliyev "TeliaSonera" şirkətinin prezidenti baş icraçı direktoru Lars Niberqi qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də "TeliaSonera" şirkətinin prezidenti baş icraçı direktoru Lars Niberqi qəbul etmişdir.

"TeliaSonera" şirkətinin prezidenti baş icraçı direktoru Lars Niberq sonuncu dəfə ölkəmizdə ötən il səfərdə olduğunu dünyadakı maliyyə böhranına baxmayaraq, ötən dövr ərzində Azərbaycanda sürətli tikinti quruculuq işlərinin getdiyini məmnunluqla qeyd etdi.

Dövlətimizin başçısı dünyadakı maliyyə böhranının Azərbaycan iqtisadiyyatına o qədər təsir göstərmədiyini, ölkədə iqtisadi inkişaf proseslərinin davam etdiyini dedi. Hazırkı dövrdə qeyri-neft sektorunda ÜDM-in 14 faiz artdığını qeyd edən Prezident İlham Əliyev bu göstəricilərin getdikcə artacağını bildirdi. İnformasiya, kommunikasiya texnologiyalar sektorunun Azərbaycanda prioritet sahələrdən biri olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizdə bu istiqamətdə böyük işlərin görüldüyünü qeyd etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 may.-S.7.