Türkiyə-Azərbaycan dostluğu
daimidir
Mayın 12-də Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə
Ali Məhkəməsinin
sədri Hasan Gerçəkərin başçılıq
etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Səmimilik şəraitində
keçən söhbət
əsnasında qeyd edildi ki, bu
cür səfərlər
dost və qardaş olan ölkələrimiz arasında
münasibətlərin daha
da inkişaf etməsinə xidmət edir. Bildirildi ki, dövlət
başçılarının qarşılıqlı səfərləri
zamanı aparılan danışıqlar və
imzalanmış sənədlər
dərin tarixi köklərlə bir-birinə bağlı olan ölkələrimiz və xalqlarımız arasında əlaqələrin
hüquqi bazasının
möhkəmlənməsi, qarşılıqlı
faydalı əməkdaşlığın
daha da dərinləşməsi
üçün yaxşı
zəmin yaratmışdır.
Parlamentin Sədri xüsusi vurğuladı ki, ümummilli lider Heydər Əliyevin məqsədyönlü
siyasəti sayəsində
Azərbaycanda demokratik
hüquqi dövlət
qurulmuş, ölkədə
hüquq sisteminin inkişafı üçün
lazımi şərait
yaradılmışdır. Aparılan islahatlar nəticəsində Azərbaycanda
yeni məhkəmə
sistemi qurulmuş, qısa müddət ərzində beynəlxalq
standartlara cavab verən qanunlar qəbul edilmişdir. Milli Məclisin Sədri qonaqların Azərbaycan Ali Məhkəməsinin yeni inzibati binasının
açılış mərasimində
iştirakını dövlətçilik
sistemində mühüm
yer tutan iki qurum arasında
əməkdaşlığın inkişafı baxımından
yüksək qiymətləndirdi.
Müstəqil Azərbaycanın
Ali Məhkəməsinin
yeni inzibati binasının açılış
mərasiminə dəvət
olunduqları üçün
təşəkkürünü bildirərək Türkiyə
Ali Məhkəməsinin
sədri bu mötəbər tədbirdə
iştirakdan məmnun
qaldıqlarını söyləyərək dedi: "Biz həmişə Azərbaycanın yanında
olmaqla fərəh hissi keçirir və belə dostluq, qardaşlıq münasibətlərimizlə qürur
duyuruq".
Qəbulda bildirildi ki, Türkiyə-Azərbaycan əlaqələri
daimidir, bu əlaqələrin daha da inkişafı və möhkəmlənməsi
üçün gələcəkdə
də bütün imkanlardan istifadə ediləcəkdir.
Söhbətdə parlamentlərarası
əlaqələr və
tərəfləri maraqlandıran
digər aktual məsələlər barədə
də ətraflı fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyənin
Azərbaycandakı səfiri
Hulusi Kılıc iştirak edirdilər.
Milli Məclisin
mətbuat xidməti
Azərbaycan.-2009.-13 may.-S.7.