Lənkəranda ulu öndərin xatirəsi anıldı
Lənkəran Dövlət
Universiteti şəhər
icra hakimiyyəti ilə birgə ulu öndərin anadan olmasının 86-cı ildönümünə
həsr edilmiş
"Heydər Əliyevin
azərbaycançılıq məfkurəsi və milli-mənəvi dəyərlərimiz" mövzusunda
elmi-praktik konfrans keçirmişdir. Tədbir N.Vəzirov adına Lənkəran Dövlət
Dram Teatrının binasında təşkil olunmuşdur.
Konfransdan əvvəl
iştirakçılar Heydər
Əliyev parkına gələrək dahi rəhbərin abidəsinin
önünə gül-çiçək dəstələri
düzmüşlər. Tədbiri
Lənkəran Şəhər
İcra Hakimiyyətinin
başçısı Süleyman
Mikayılov açmış,
konfransın işinə
uğurlar arzulamışdır.
Universitetin rektoru,
fizika-riyaziyyat elmləri
doktoru, əməkdar elm xadimi, professor
Asəf İsgəndərov
konfransın əhəmiyyətindən
danışaraq, azərbaycançılıq
məfkurəsinin ulu öndər Heydər Əliyevin yaratdığı
ideologiyanın əsaslarından
birini təşkil etdiyini qeyd etmiş
və göstərmişdir
ki, milli- mənəvi dəyərlərimizin qorunması və bəşəri dəyərlərə hörmət
hamının borcu, vəzifəsidir.
Azərbaycan Respublikasının
insan hüquqları üzrə müvəkkili
(ombudsman), professor Elmira Süleymanova "Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin banisidir",
YAP Siyasi Şurasının
üzvü, professor Şahlar Əsgərov
"Heydər Əliyev
və ümummilli ideya", AMEA-nın müxbir üzvü, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri,
professor Sudeyf İmamverdiyev "Heydər Əliyev uzaqgörənliyi", Bakı
Dövlət Universitetinin
Azərbaycan dilçiliyi
kafedrasının müdiri,
professor Adil Balayev "Heydər Əliyevin azərbaycançılıq
məfkurəsində dil
problemi", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Səfalı
Nəzərli "Heydər
Əliyev və Azərbaycanda milli-mənəvi
dəyərlərə qayıdış"
mövzularında məruzə
edərək ümummilli
lider Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında,
möhkəmlənməsində və dünya ölkələri arasında
tanınmasındakı tarixi
xidmətlərindən danışmışlar.
Plenar məruzələrdən
sonra konfrans öz işini "Heydər Əliyevin azərbaycançılıq məfkurəsi"
və "Milli-mənəvi dəyərlərimiz"
bölmələrində davam
etdirmişdir. Bölmə
iclaslarında Heydər
Əliyevlə bağlı
10-dan çox məruzə
dinlənilmişdir.
Tədbirdə ümummilli lider Heydər Əliyevə həsr edilmiş sənədli film göstərilmişdir.
Konfransın sonunda iştirakçılar N.Vəzirov
adına Lənkəran
Dövlət Dram Teatrının tamaşasına
baxmışlar.
S. Cavadov
Azərbaycan.-2009.-13 may.-S.8.