Milli təhlükəsizlik orqanlarında ümummilli liderin xatirəsini anma tədbirləri keçirildi

 

Mayın 9-da milli təhlükəsizlik naziri Eldar Mahmudov nazirliyin rəhbər heyəti ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı Fəxri xiyabana gələrək Azərbaycanın təhlükəsizlik orqanlarında milliləşmə prosesinin banisi, müstəqillik illərində bu orqanların ölkəmizin mənafelərini dövlət maraqlarını qoruyan, yüksək peşəkarlığa malik qurum kimi formalaşmasında misilsiz xidmətləri olan xalqımızın ümummilli liderinin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilmiş, məzarı üzərinə tər gül dəstələri düzülmüşdür.

Təntənəli mərasim Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilmişdir.

Əvvəlcə milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov nazirliyin əməkdaşları ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoymuşlar.

Nazir Eldar Mahmudov kursantları salamladıqdan sonra ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş dövlət himni səsləndirilmişdir.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov mərasimdə çıxış edərək bildirmişdir ki, Heydər Əliyevin adı Azərbaycanın tarixi inkişafı ilə qoşa addımlayır. Çünki onun özü bu tarixin yaradıcılarındandır. Vaxt ötdükcə ulu öndərin xalqımızın taleyində oynadığı rol, zəmanəsinə gələcəyə hesablanan fəaliyyətinin nəticələri, milli maraqlara xidmət edən uzaqgörənliyi gündən-günə öz təsdiqini tapır.

Heydər Əliyev Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən dahi şəxsiyyətdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi adı hələ sağlığında tarixə düşmüş Heydər Əliyevin siyasi portretini onun dediyi - "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!" sözləri dolğun əks etdirir. Xalq misilsiz xidmətlərinə görə öz sevimli oğlu Heydər Əliyevi ümummilli lider kimi qəbul etmişdir.

Nazir vurğulamışdır ki, Heydər Əliyevin təhlükəsizlik orqanlarında çalışdığı dövrdə milli maraqlar naminə göstərdiyi xidmətlər gələcəyə hesablanmışdır. Bu uzaqgörən şəxsiyyət gələcək müstəqil Azərbaycanın milli kadr potensialını formalaşdırmaq üçün ardıcıl səylər göstərmişdir. Eyni zamanda, Heydər Əliyev gələcək milli təhlükəsizlik sisteminin konturlarını müəyyənləşdirmişdir. Təhlükəsizlik orqanlarındakı vəziyyətə dərindən bələd olan Heydər Əliyev hələ ilk dəfə respublikanın rəhbərliyinə gəldikdən sonra da onun üçün doğma olan xüsusi xidmət orqanına qayğı göstərirdi. Ulu öndər bu qurumun sonrakı inkişafını şərtləndirən bir sıra mühüm qərarların qəbulunda şəxsən iştirak etmişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə bu istiqamətdə daha məqsədyönlü ardıcıl surətdə aparılmışdır.

Heydər Əliyev Azərbaycanın təhlükəsizlik siyasətinin əsas istiqamətlərini işləyib hazırlamışdır. Ümummilli liderimiz ölkəmizin digər dövlətlərlə təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq münasibətlərinin formalaşmasına ciddi önəm vermişdir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın təhlükəsizlik strategiyası bilavasitə ulu öndərin adı ilə bağlıdır.

General-leytenant E.Mahmudov qeyd etmişdir ki, 1998-ci il dekabrın 1-də Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradılmışdır. Bu fərman xüsusi xidmət orqanları üçün peşəkar zabit kadrlarının yetişdirilməsi məsələsinə ulu öndərin qayğısının daha bir nümunəsi idi. Akademiyada nazirliyin gələcək əməkdaşlarına şəxsi fiziki keyfiyyətlərlə yanaşı, yüksək intellektual səviyyə, müasir texniki vasitələrlə işləmək bacarığı aşılanır. Bu gün bizim üçün önəmlisi odur ki, Heydər Əliyevin ideya amalları daim həyatda öz yerini tapır, onun siyasi kursu uğurla davam etdirilir. Heydər Əliyevin layiqli siyasi varisi İlham Əliyevin Prezident seçilməsi ilə dövlət quruculuğunun yeniləşmə mərhələsi başlanmışdır. Bu dövr Azərbaycanın dünya birliyinə daha sıx inteqrasiyası, siyasi iqtisadi islahatların dönməz xarakter alması, ictimai-siyasi sabitliyin təhlükəsizliyin möhkəmlənməsi, ölkəmizin bütün sahələrdə dinamik inkişafı ilə əlamətdardır. Prezident İlham Əliyev Azərbaycanı inamla irəli aparır. Təsadüfi deyildir ki, ötən il Dünya Bankının hesabatında Azərbaycan bir nömrəli islahatçı ölkə elan olunmuşdur. Hazırda regionda sabit dinamik inkişafa malik ölkələrdən olan Azərbaycan tarazlaşdırılmış praqmatik siyasət yürüdür, geniş coğrafi-siyasi məkanda önəmli rol oynayır.

Azərbaycanda ardıcıl olaraq davam edən inkişaf ölkədə yaranmış sabitlik nəticəsində mümkün olmuşdur. Ulu öndərin dediyi kimi, sabitlik təhlükəsizlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Bu gün Azərbaycanda ictimai-siyasi sabitliyin qorunub saxlanılması, həmçinin qanunçuluğun möhkəmlənməsi, hüquqi dövlət vətəndaş cəmiyyəti qurulması istiqamətində görülən məqsədyönlü tədbirlər məhz Heydər Əliyevin ideya amallarına sadiqliyin təntənəsidir. Bu mənada Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının, o cümlədən akademiyada təhsil alan kursantların da üzərinə böyük məsuliyyət düşür. Kursantların qarşısında duran vəzifələrdən danışan nazir demişdir ki, sizin hər biriniz ulu öndərin adını daşıyan akademiyada təhsil almağın qədər şərəfli olduğunu dərk etməlisiniz. Milli Təhlükəsizlik Nazirliyinin bütün əməkdaşları Heydər Əliyevin peşəkarlıq ənənələrini davam etdirməlidirlər. Bu mənada nazirliyimiz terror-təxribat fəaliyyətlərinin qarşısının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri, mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə uğurlu nəticələr əldə edir. Lakin ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, hələ həllini gözləyir. Dövlətimizin başçısı ərazi bütövlüyümüzün bərpası üçün bütün mümkün vasitələrdən istifadəni, düşmən üzərində hər bir sahədə üstünlük qazanılmasını əsas məqsəd olaraq qarşıya qoymuşdur. Milli Təhlükəsizlik Nazirliyi bu yöndə öhdəsinə düşən vəzifələrin həlli üzrə məqsədyönlü aparır.

Bu il martın 16-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissəsinə Döyüş Bayrağını təqdim etməsi, burada ümummilli lider Heydər Əliyevin abidəsinin, həmçinin Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin açılışında iştirakı Azərbaycanın təhlükəsizlik orqanlarının 90 illik yubileyinə böyük töhfə olmuşdur.

Ölkəmizin başçısı İlham Əliyev təhlükəsizlik orqanlarının yaranmasının 90-cı ildönümü ilə bağlı nazirliyin şəxsi heyətinə ünvanladığı təbrik məktubunda təhlükəsizlik orqanlarının qazandığı uğurları yüksək qiymətləndirmişdir. Bu qiymət bizim üzərimizə daha böyük məsuliyyət qoyur.

Akademiyanın rəisi, general-leytenant Ziya Yusifzadə çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan üçün miras qoyduğu müstəqil dövlətimizin sükanının bu gün xalqın sevimli oğlu İlham Əliyevin qüdrətli əllərində olduğunu qeyd etmişdir. Akademiyanın "Heydər Əliyev" təqaüdçüsü Anar Hüseynov müdavimlərin adından çıxış edərək təhsil aldıqları bu xüsusi ali tədris ocağının ümummilli liderin şanlı ənənələrini daim yaşadacaqlarını, onun irsini böyük həvəslə öyrənəcəklərini, müstəqil Azərbaycana sədaqətlə xidmət edəcəklərini, dövlətimizin inkişafı təhlükəsizliyi naminə bilik bacarıqlarını əsirgəməyəcəklərini bildirmişdir.

Çıxışlar bitdikdən sonra kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər.

Təntənəli mərasim daha sonra akademiyanın akt zalında xalqımızın müdrik oğlu, dünya şöhrətli siyasi xadimin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş elmi-praktik konfransla davam etmişdir. Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin siyasi xətti dövlət müstəqilliyimizin əmin-amanlığımızın qarantı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir milli təhlükəsizlik orqanlarının əməkdaşları bu işdə dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin ən yaxın köməkçiləri olacaqlar.

 

* * *

 

Həmin gün Milli Təhlükəsizlik Nazirliyinin Nərimanov Rayon İdarəsinin yeni inzibati binasının açılışı olmuşdur.

Binanın təməli ötən il ümummilli lider Heydər Əliyevin ad günündə - 85 illik yubileyində qoyulmuş, bu il isə anadan olmasının 86-cı ildönümü ərəfəsində istifadəyə verilmişdir.

Müasir üslubda tikilmiş binanın açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları foyedə ümummilli lider Heydər Əliyevin Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətini, milli təhlükəsizlik orqanlarının tarixini bu gününü əks etdirən fotostendlərə baxmışlar.

Görülmüş işlər yüksək qiymətləndirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 may.-S.11.