Bakıda "Qlobal peyk naviqasiyası sistemlərinin tətbiqi sahələri" mövzusunda beynəlxalq simpozium keçirilir

 

Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkan Məsələləri üzrə İdarəsinin (BMT KMMİ) Avropa Kosmik Agentliyinin təşkilatçılığı ilə keçirilən simpoziumda Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, həmçinin BMT-nin Kosmik Məsələlər üzrə Proqramının rəhbəri Hans Haubold, ABŞ Dövlət Departamentinin kosmik məsələlər üzrə xüsusi nümayəndəsi Ken Hodgkins 32 ölkənin sahə üzrə 50-dək nümayəndəsi iştirak edir.

Tədbirdə rabitə informasiya texnologiyaları naziri, akademik Əli Abbasov bildirmişdir ki, Azərbaycan astronomiyanın, kainatın öyrənilməsi sahəsində qədim ənənələrə tarixə malikdir. Şərqdə ilk rəsədxana məhz Azərbaycanda, böyük tədqiqatçı alim Nəsrəddin Tusi tərəfindən Marağada təşkil edilmiş, kainatın, triqonometriyanın öyrənilməsi sahəsində mühüm uğurlar əldə edilmiş, ulduz qlobusu tərtib olunmuşdur.

Azərbaycanın kosmik tədqiqatlar sahəsində müəyyən təcrübəyə malik olduğu, keçmiş sovet hakimiyyəti illərində burada Kosmik Tədqiqatlar üzrə Agentliyin fəaliyyət göstərdiyi bu sahədə avadanlığın istehsal edildiyi diqqətə çatdırılmışdır.

Müasir dövrdə kosmik naviqasiya sistemlərinə tələbatın artdığını söyləyən nazir regionun ən inkişaf etmiş ölkəsi kimi Azərbaycanın bu sistemlərin tətbiqində maraqlı olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, son illər sürətlə, dinamik inkişaf edən Azərbaycanda bu sahənin formalaşdırılması ilə bağlı xüsusi Dövlət Proqramının layihəsi hazırlanmış təsdiq edilmək üçün hökumətə təqdim olunmuşdur.

Bugünkü simpoziumu Azərbaycanda bu sahənin inkişafı ilə bağlı əlamətdar hadisə adlandıran Ə.Abbasov, ABŞ, Rusiya Avropanın digər inkişaf etmiş ölkələrində Qlobal Peyk Naviqasiya Sistemlərinin (QPNS) uğurla tətbiq olunduğunu qeyd etmişdir. Vurğulanmışdır ki, elmi simpoziumla bağlı beynəlxalq aləmdə tanınmış kosmik tədqiqatlar üzrə ekspertlərin Bakıya toplaşması, Azərbaycanda bu sahənin tərəqqisi üçün hökumət səviyyəsində ciddi iradənin mövcudluğunu təsdiq edir.

BMT KMMİ-nin nümayəndəsi Hans Haubold Kosmik Məsələlər üzrə Proqram çərçivəsində keçirilən simpoziumun əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, bu elmi tədbirin keçirilməsindən məqsəd regionda QPNS texnologiyasının tətbiqinin mümkün faydası barədə yerli mütəxəssislərin məlumatlandırılmasından, QPNS infrastrukturunun həyata keçirilməsindən, sahə üzrə pilot layihələrin reallaşmasından həmin istiqamətdə texnologiyaların istifadəsi ilə bağlı təhsil təlimlərin təşkilindən ibarətdir.

Natiq sahənin inkişafı ilə bağlı Azərbaycanın BMT Kosmik Agentliyi ilə sıx əməkdaşlıq etdiyini, kosmik fəzanın sülh məqsədi ilə istifadəsi sahəsində birgə layihələrin əhəmiyyətini vurğulamışdır. Azərbaycanın beynəlxalq təşkilatlarla yanaşı, Qazaxıstan Ukrayna kimi ölkələrlə sıx əməkdaşlıq etdiyi diqqətə çatdırılmışdır.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Ken Hodkins Azərbaycanın son illər bütün sahələrdə olduğu kimi, kosmik tədqiqatlar sahəsində inkişafa can atdığını, təmsil etdiyi dövlətin bu sahədə ölkəmizlə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulamışdır.

Avropa Komissiyasının nümayəndəsi Helmut Spitzl Bakının belə elmi tədbir üçün ən əlverişli məkan olduğunu söyləmiş, təmsil etdiyi qurumun sahənin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər barədə məlumat vermişdir.

Simpoziumun ilk iclasında tanınmış ABŞ alimi Roald Saqdeyev BMT KMMİ-nin nümayəndəsi Şərafət Qədimova təqdimatlarla çıxış etmişlər.

Mayın 15-dək davam edəcək simpoziumda mövzu ilə əlaqədar çoxsaylı məruzələr dinləniləcək, təqdimatlar keçiriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 may.-S.12.