Moskva Dövlət
Universiteti Bakı filialının rəhbərliyi,
professor-müəllim
heyəti və tələbələri Heydər
Əliyev Fondunda olmuşlar
Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 86-cı ildönümü ilə
bağlı M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
(MDU) Bakı filialının rəhbərliyi, professor-müəllim
heyəti və tələbələri mayın 9-da Heydər Əliyev
Fondunda olmuşlar.
Qonaqlara fondun beşillik fəaliyyəti
haqqında ətraflı
məlumat verilmişdir.
Ömrünü Azərbaycanın
və doğma xalqının tərəqqisinə
həsr etmiş, bugünkü müstəqil
dövlətimizin qurucusu
ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət
və ehtiramlarını
bildirmək üçün
fonda gələn qonaqlar buradakı zəngin ekspozisiya ilə yaxından tanış olmuşlar.
Ulu öndərin
şəxsi arxivindən
götürülmüş, onun həyat və fəaliyyətinin müxtəlif dövrlərini
əhatə edən fotoşəkillər, Azərbaycan
tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan zəngin materiallar iştirakçılar tərəfindən
maraqla qarşılanmışdır. Fondda ümummilli liderin
oxuduğu təhsil ocaqlarında fərqləndiyini
əks etdirən diplomlar, milli təhlükəsizlik orqanlarında
işlədiyi dövrdəki
xidməti vəsiqələri,
həm sovetlər, həm də müstəqillik dövründə
Azərbaycana rəhbərlik
etdiyi zaman gördüyü quruculuq işlərini əks etdirən fotolar, aldığı fəxri fərman və sənədlər də saxlanılır. Ulu öndərin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi
illər, hakimiyyəti
dövrlərində ölkənin
müxtəlif sahələrində
qazanılan uğurlar,
həyata keçirilən
layihələr fondun ziyarətçilərində böyük
maraq doğurmuşdur.
Burada filialın rəhbərliyinə, professor-müəllim heyəti və tələbələrinə
Azərbaycanın beynəlxalq
əlaqələrinin qurulması
istiqamətində ulu
öndərin həyata
keçirdiyi uğurlu
siyasət barədə
məlumat verilmişdir.
Fondun ziyarətçiləri Heydər
Əliyevin dünyanın
tanınmış siyasi
lideri, dövlət başçıları ilə
keçirdiyi görüşləri
zamanı çəkilən
fotoşəkillərə, onun mədəniyyətə,
elmə, bu sahədə çalışan
insanlara diqqət və qayğısının
təzahürü olan
stendlərə tamaşa
etmiş, dünyanın
müxtəlif ölkələrində
ümummili liderin xatirəsinə göstərilən
ehtiramı əks etdirən guşə ilə tanış olmuşlar.
Fondun fəaliyyətini
əks etdirən videofilm qonaqlarda xüsusi maraq doğurmuşdur. Filmdə
fond tərəfindən
son illərdə Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət,
idman və digər sahələrdə
həyata keçirilən
mühüm layihələr
əksini tapmışdır.
Sonda MDU-nun
Bakı filialının
rektoru, professor Nərgiz Paşayeva iştirakçılar adından
fondun rəhbərliyinə
təşəkkürünü bildirmiş, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında
gördüyü əvəzsiz
xidmətlərdən söz
açmışdır. Rektor, tələbələrə Vətəni,
xalqı ulu öndər kimi sevməyi və onun ideyalarına sadiq qalmağı tövsiyə etmişdir.
AzərTAc
Azərbaycan.-2009-13 may.-S.12.