"Azərbaycan ailəsi" qısametrajlı filmlər festivalına yekun vurulmuşdur

 

Mayın 12-də Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Azərbaycanda ailə dəyərlərinin nüfuzunun yüksəldilməsi, kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailənin ictimai mövqeyinin qaldırılması, maarifləndirmə işlərinin aparılması üçün videomateriallardan ibarət fondun yaradılması məqsədi ilə keçirilən "Azərbaycan ailəsi" qısametrajlı filmlər festivalının yekun mərasimi olmuşdur.

"Uşaq ili" çərçivəsində Heydər Əliyev Fondu, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) BMT-nin Əhali Fondunun dəstəyi ilə reallaşdırılan festivalın məqsədi ölkədə uğurla həyata keçirilən ailə siyasətini işıqlandırmaq, ictimaiyyətin diqqət səylərini ailənin cəmiyyətdəki statusunu qaldırmağa yönəltmək ailənin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaqdır.

Ailə dəyərlərindən danışan AQUPDK-nın sədri Hicran Hüseynova festivalın böyük maraqla qarşılandığını bildirmişdir. Komitə sədri demişdir ki, qısa müddətdə təşkilat komitəsinə 26 bədii sənədli filmin təqdim olunması ictimaiyyətin ailə dəyərlərinə həssas münasibətinin bariz ifadəsidir. Festivala hazırlıq dövründə, filmlər üçün mövzular seçilərkən cəmiyyətdə ailə dəyərlərinə olan münasibətlərin daha da yüksəldilməsi, uşaqlara qayğı, ağsaqqal ağbirçəklərə hörmət ehtiram amili əsas götürülmüşdür. Təqdim edilən filmlərin əsas ideya qayəsi məhz bu istiqamətdə olmuşdur. Gələcəkdə bu festivalın davam etdirilməsi nəzərdə tutulmuşdur.

H.Hüseynova ailə adətlərimizin qorunub saxlanılması istiqamətində ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin bu gün uğurla davam etdirildiyini bildirmiş, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Millli Məclisin deputatı Mehriban xanın Əliyevanın müstəsna fəaliyyətini xüsusilə vurğulamışdır.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Film Fondunun prezidenti Cəmil Quliyev, xalq artisti, rejissor Oqtay Mirqasımov festivalın müasir kinomuzun təbliğində mühüm rol oynadığını bildirmişlər. Qeyd edilmişdir ki, kino milli-mədəni irsimizin təbliği gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Tərbirdə slaydlar nümayiş etdirilmişdir.

Sonra mükafatlandırma mərasimi keçirilmişdir. "Ailə şəcərəsi" filmi (ssenari müəllifi Firuzə Nadir) 1-ci yerə, "Kənar" filmi (ssenari müəllifi, rejissor Murad Muradov ) 2-ci yerə, "Qocalar" filmi isə (rejissor Fariz Əhmədov) 3-cü yerə layiq görülmüşdür.

Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 may.-S.15.