Geniş tərkibdə görüş

 

Mayın 13- təkbətək görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Prezident İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:

- Hörmətli Baş nazir!

Hörmətli qonaqlar!

Mən sizi Azərbaycanda salamlayıram. Xoş gəlmisiniz!

Hörmətli cənab Baş nazir, biz indi sizinlə təkbətək görüşdə Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif sahələrini geniş müzakirə etdik. Çox səmərəli, səmimi söhbət etdik. Həm bu vaxta qədər əldə edilmiş uğurları bir daha gözdən keçirdik ən önəmlisi, gələcək haqqında da öz fikirlərimizi çox aydın şəkildə bildirdik.

Sizin səfərinizə biz çox böyük əhəmiyyət veririk. Bu çox önəmli səfərdir. Hər dəfə bu ikitərəfli danışıqlar görüşlər gələcəyə atılan addımları dəstəkləyir. Türkiyə-Azərbaycan əlaqələri inkişaf edir, yüksək səviyyədədir mən əminəm ki, bu səfər əlaqələri daha da gücləndirəcək, genişləndirəcəkdir. Siz Azərbaycana böyük heyətlə gəlmisiniz əminəm ki, nümayəndə heyətində təmsil olunan dostlarımız azərbaycanlı həmkarları ilə ikitərəfli söhbətlər aparacaqlar bütün sahələrdə daha da geniş əməkdaşlıq üçün yaxşı imkanlar yaradacaqlar.

Bir daha xoş gəlmisiniz nümayəndə heyətinin bütün üzvlərinə öz hörmətimi bildirirəm.

Sonra Baş nazir Rəcəb Tayyib ƏRDOĞAN çıxış edərək dedi:

- Bəli, mən çox təşəkkür edirəm. Hörmətli Prezidenti dəyərli nümayəndə heyətini şəxsən öz adımdan nümayəndə heyətimizin adından ən səmimi duyğularla salamlayıram.

Təbii ki, bu görüşümüzdə, xüsusilə təkbətək görüşümüzdə Türkiyə ilə Azərbaycan arasında əlaqələrimizi təkrar gözdən keçirmək fürsətini tapdıq. Bu əlaqələrimizin hər keçən gün daha irəli getdiyini yenidən dəqiqləşdirdik, təsdiq etdik. İnanıram ki, qarşıdakı müddətdə bunlar daha çox fərqli bir şəkildə inkişaf edəcəkdir. Regional problemləri, xüsusilə bölgədə enerji sahəsindəki məsələləri Türkiyə ilə Azərbaycan arasında dəyərləndirmək imkanımız oldu.

Əlbəttə, bütün bunlarla birlikdə Türkiyə ilə Azərbaycan arasında "Bir millət, iki dövlət" anlayışının gələcəyə aparılması istiqamətində bizim aramızdakı birliyimizi, bərabərliyimizi, dayanışmamızı sağdan, soldan gələ biləcək, bizə aid olmayan hər hansı bir düşüncələr poza bilməz. Bu cür fitnə-fəsad ocaqlarına heç bir zaman fürsət verə bilmərik verməməliyik. Bu mövzudakı düşüncələrimizi paylaşmağın xoşbəxtliyi içərisində olduq.

İnanıram ki, bütün nazirlərimiz , - təbii ki, bu heyətdə yeni kabinetdə vəzifə tutan nazirlər var, - azərbaycanlı həmkarlar ilə qarşılıqlı fəaliyyəti daha da sürətləndirməklə bu addımları atacağıq.

Mən bu görüşümüzün xeyirliyə səbəb olmasını arzu edirəm.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 may.-S.1.