“Şuşa
Azərbaycanın mədəniyyət və tarix
incisidir” mövzusunda konfrans
Mayın 8-də R.Behbudov adına
Dövlət Mahnı Teatrında “Şuşa
Azərbaycanın mədəniyyət və tarix
incisidr” mövzusunda elmi konfrans keçirildi.
Konfransı açan Şuşa
rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri
Zahid Abbasov “Şuşa şəhərinin tarixi
və memarlığı” mövzusunda
çıxış etdi.
Bakı Musiqi
Akademiyasının rektoru Fərhad Bədəlbəyli
“Şuşa şəhərinin musiqisi” mövzusunda fikirlərini
tədbir iştirakçıları ilə bölüşərək
bildirdi: “Bəllidir ki,
Şuşa Azərbaycan musiqisinin
vətənidir. Şuşasız Azərbaycan mədəniyyətini
təsəvvür etmək olmaz.
Bir-iki il əvvəl
Şuşaya gedəndə məni
çoxları qınamışdı. Amma
mən ora gedəndə gördüm
ki, burada heç bir tikinti, inkişaf getməyib.
Şuşa müharibə zamanı necə
idisə, elə də qalıb. Orada bir erməni qadını ilə
rastlaşdıq. Onun gözlərində qorxudan başqa heç nə yox idi. O da başqa
ermənilər kimi bilir
ki, bir gün
azərbaycanlılar Şuşaya mutləq
qayıdacaqlar. Mən bu gün
optimist hisslərlə bura
gəlmişəm. İnanıram ki, biz Cıdır düzündə çox gözəl konsert
verəcəyik”.
Konfransda sənətşünaslıq
elmləri doktoru, professor
Röya Tağıyeva
“Şüşanın sənət inciləri”, AMEA-nın müxbir üzvü Cəfər
Qiyasi “Şuşanın tarixi
abidələri” mövzusunda
çıxış etdilər.
Konfransda erməni işğalçıları tərəfindən
Şuşanın dağıdılmış tarixi
memarlıq abidələri haqqında sənədli film nümayiş olundu və Şuşa rayon Mədəniyyət və Turizm
şöbəsinin hazırladığı xüsusi
kompozisiya səsləndi.
Tədbirdə Mədəniyyət və Turizm
Nazirliyinin aparat rəhbəri
Firudun Qurbanov, nazirlik əməkdaşları, mədəniyyət
və incəsənət xadimləri də iştirak
edirdilər.
Mədəniyyət. - 2009.- 9 may.- S. 2.