Şəhidlərin xatirəsinə ehtiram

 

Ölkəmizdə səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 13-də Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" kompleksinin önünə əklil qoymuşdur.

Buradan Bakının mənzərəsini seyr edən Türkiyənin Baş nazirinə Şəhidlər xiyabanının tarixi paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.

 

* * *

 

Elə həmin gün Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişdir. Türkiyənin Baş naziri 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş 1130 türk əsgərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil qoymuş, Şəhidlik kitabəsinin üstünə gül dəstələri düzmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 may.-S.2.