Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli fərmanı ilə təsdiq edilmişİnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısına əlavə edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı

 

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹9, maddə 872; 2008-ci il, ¹3, maddələr 169, 186, ¹5, maddə 364, ¹6, maddələr 483, 504, ¹ 12, maddə 1057; 2009-cu il, ¹2, maddələr 59, 69, 73) ilə təsdiq edilmişİnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 2.9-cu bənd əlavə edilsin:

“2.9. Məcəllənin 69-cu maddəsində, 161-ci maddəsində (öz səlahiyyətləri daxilində), 162-ci maddəsində, 163.0.1-163.0.11-ci maddələrində (öz səlahiyyətləri daxilində), 165-ci, 166.2-ci, 167-ci, 168-ci, 234-cü, 296-cı, 298-ci, 300-cü, 301-ci, 305-ci, 306-cı, 308-ci, 309-cu, 327.1-ci, 328-ci, 329-cu maddələrində, 331-ci maddəsində (öz səlahiyyətləri daxilində), 341-342-ci, 344-cü 346-348-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - polis sahə rəisləri.”

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 may 2009-cu il.

 

Azərbaycan.-2009.-14 may.-S.2.