“Nüvə terrorçuluğu
əməlləri ilə
mübarizə haqqında”
Beynəlxalq Konvensiyada
nəzərdə tutulmuş
səlahiyyətli orqanların
müəyyən edilməsi
barədə Azərbaycan
Respublikası Prezidentinin
sərəncamı
Azərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 725-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyanın 7-ci maddəsinin 4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyanın 7-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinə uyğun olaraq “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyanın 7-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş səlahiyyətli orqanların müəyyən edilməsi barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müvafiq bildiriş göndərsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti.
Bakı şəhəri,
12 may 2009-cu il.
Azərbaycan.-2009.-14 may.-S.2.