Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə olmuşdur

 

 Mayın 13-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Milli Məclisə gəlmişdir. Burada qonağı Milli Məclisin Sədri Oqtay Əsədov, birinci müavin Ziyafət Əsgərov, müavin Valeh Ələsgərov digər rəsmi şəxslər qarşılamışlar.

Oqtay Əsədov ilə Rəcəb Tayyib Ərdoğan arasında görüş olmuşdur.

Sonra Türkiyə Baş naziri Milli Məclisdə deputatlar qarşısında çıxış etmişdir. Parlamentin deputatları Türkiyənin Baş nazirini sürəkli alqışlarla qarşılamışlar.

Milli Məclisin Sədri Oqtay Əsədov qonağı salamlayaraq demişdir ki, Azərbaycan-Türkiyə hər zaman bir-birinə güvənib bundan sonra da belə olacaqdır.

Bakıda özünü evindəki kimi hiss etdiyini deyən Baş nazir Rəcəb Tayyib Ərdoğan 71 milyon qardaş türkün ürək dolusu salam sevgilərini çatdırmışdır. O bildirmişdir ki, Türkiyə Azərbaycan xalqları arasında qardaşlıq, həmrəylik həm yaxşı, həm pis gündə davam etmişdir. İki ölkənin siyasi münasibətlərinin dərin kökləri var. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir. Bu əlaqələr hər hansı iki dövlətin münasibətləri ilə müqayisə oluna bilməz. Biz bu dostluğun yaxınlığın kiminsə müzakirə, mübahisə mövzusuna çevrilməsinə izn vermərik.

Beynəlxalq aləmdə ölkələrimizin bir-birinin hüquq mənafeyini qorumasının ən böyük hədəfimiz olduğunu bildirən Türkiyənin Baş naziri əlavə etmişdir ki, dövlətlərimiz bir-birinə bağlı olmaqla yanaşı, həm bir-birinə güvənir.

Rəcəb Tayyib Ərdoğan demişdir ki, Türkiyə Ermənistan ilə sərhədləri Dağlıq Qarabağ tamamilə Ermənistanın işğalı altına düşməsindən sonra bağlamışdır. Bu işğal ortadan qalxandan sonra sərhədlər açıla bilər. Biz azərbaycanlı qardaşlarımızın razı qalmadığı müddətdə bu nöqtədən irəli bir addım atmarıq. Bunlar bir-biri ilə bağlıdır, ayrı düşünülə bilməz. Çünki biz bir millətik, iki dövlətik. Bu anlayışımız bir təməldir. Bu təməldə bir dəyişiklik yoxdur, ola da bilməz.

Cənubi Qafqazda sülhün təhlükəsizliyin Dağlıq Qarabağ münaqişəsi həll edilmədən mümkün olmadığını diqqətə çatdıran Türkiyənin Baş naziri, Milli Məclisdən dünya dövlətlərinə müraciət edərək bildirmişdir ki, Türkiyə heç zaman Azərbaycanın milli maraqlarına xələl gətirəcək addım atmayıb atmayacaqdır.

Türkiyənin Baş naziri Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının bütünlükdə Avropa Asiya dövlətlərinə fayda gətirəcəyini demişdir. Baş nazir əlavə etmişdir ki, bunun üçün Azərbaycan torpaqları işğaldan azad olunmalıdır.

Rəcəb Tayyib Ərdoğan çıxışını Türkiyənin Azərbaycanın dövlət himnlərindən misraları səsləndirməklə yekunlaşdırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 may.-S.3.