İçərişəhərlə tanışlıq

 

Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğan mayın 13- İçərişəhərlə tanış olmuşdur.

Qoşaqala qapılarından başlanan gəzinti zamanı qonağa ötən əsrlərin yadigarı olan abidələrin qorunması bərpasına göstərilən dövlət qayğısından danışılmışdır.

Əminə Ərdoğan tanınmış xalça ustası, xalq rəssamı Kamil Əliyevin xalça muzeyində olmuş, onun əsərlərinə maraqla tamaşa etmişdir. Burada qonaq türk dünyasının dahi şəxsiyyəti ümummilli lider Heydər Əliyevin, Azərbaycan mütəfəkkirləri Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, böyük rus şairi Aleksandr Puşkinin başqa görkəmli şəxsiyyətlərin portretləri toxunmuş xalçalarla maraqla tanış olmuşdur.

Məlumat verilmişdir ki, bu gün Türkiyə Böyük Millət Məclisində saxlanılan Mustafa Kamal Atatürkün portretinin toxunduğu xalça da Kamil Əliyevin əl işidir.

Müxtəlif çeşnili xalçalara maraqla tamaşa edən qonaq burada gördüklərindən məmnun qalmışdır. Əminə Ərdoğan Karvansarada da olmuşdur. Qonağa bu nadir abidənin tarixi barədə məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 may.-S.3.