Türkiyə ilə Azərbaycan
ədliyyə və məhkəmə orqanları
arasında əməkdaşlıq
inkişaf edir
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri Hasan Gerçəkər mayın 13-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Respublikamızın dost və qardaş Türkiyə ilə müxtəlif sahələrdə, o cümlədən hüquq sahəsində səmərəli əməkdaşlıq etdiyini bildirən nazir ölkələrimiz arasında zəngin müqavilə-hüquq bazasının olduğunu söyləmiş, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən köklü məhkəmə-hüquq islahatları, yeni məhkəmə infrastrukturunun yaradılması, habelə Ədliyyə Akademiyasının fəaliyyətinin təşkili istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Eyni zamanda, bir qrup hakimliyə namizədin qardaş ölkənin məhkəmə orqanlarında staj keçməsi, habelə yüksək ixtisaslı türkiyəli mütəxəssislərin hakimliyə namizədlər üçün tədris kurslarında iştirak etməsi diqqətə çatdırılmışdır.
Azərbaycan ilə Türkiyə arasında qardaşlıq əlaqələrinin getdikcə genişləndiyini bildirən qonaq ölkələrimizin müasir demokratik inkişaf yolu ilə inamla irəlilədiyini vurğulamışdır.
Respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini qeyd edən Hasan Gerçəkər məhkəmə sisteminin müasirləşdirilməsində uğurları alqışlamış, Ali Məhkəmənin yeni əzəmətli və müasir binasının açılmasının Azərbaycanda məhkəmə hakimiyyətinin yüksək nüfuzunun göstəricisi kimi qiymətləndirmişdir.
Görüşdə iki ölkənin ədliyyə və məhkəmə orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.
Görüşdən
sonra qonaqlar nazirlikdə Heydər Əliyev və Ədliyyə
tarixi muzeyləri ilə
Azərbaycan.-2009.-14 may.-S.4.