Azərbaycanla Slovakiya arasındakı işgüzar əlaqələr genişlənir

 

Mayın 13-də Azərbaycan Respublikası Ali Məhkəməsində ölkəmizdə səfərdə olan Slovakiyanın Baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Ali Məhkəmənin mətbuat xidmətindən bildirmişlər ki, sədr Ramiz Rzayev Azərbaycan ilə Slovakiya arasında işgüzar əlaqələrin yarandığını, bu əlaqələrin ölkələrimiz arasında ikitərəfli beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini bildirmişdir.

Sədr, həmçinin son illər respublikamızda məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər, Ali Məhkəmənin strukturu fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir.

R.Rzayev əmin olduğunu bildirmişdir ki, Slovakiya Respublikasının ədliyyə nazirinin Azərbaycana səfəri ədliyyə məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir.

Slovakiyanın Baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabin mayın 12-də Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasının açılışında iştirak etməsindən məmnunluğunu ifadə etmiş, binanın yüksək memarlıq üslubunda inşa olunduğunu bildirmişdir. Qonaq, həmçinin ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Qeyd edilmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcəkdir.

Ali Məhkəmənin sədri Azərbaycanın ədliyyə məhkəmə orqanlarına xüsusi maraq diqqət göstərdiyinə, həmçinin əhəmiyyətli görüşə görə Ştefan Harabinə gələcək fəaliyyətində uğurlar arzulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 may.-S.4.