Xarici İşlər
Nazirliyində keçirilmiş
görüşdə Azərbaycan
ilə Yunanıstan arasında ikitərəfli
münasibətlər barədə
fikir mübadiləsi aparılmışdır
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, mayın 12-də nazir Elmar Məmmədyarov Yunanıstanın xarici işlər nazirinin müavini Miltiadis Varvitsiotis ilə görüşmüşdür.
M.Varvitsiotis Azərbaycana əlliyə yaxın iş adamı ilə gəldiyini bildirərək iki ölkə arasında münasibətlərin daha da genişlənməsinin zəruriliyini vurğulamış, səfər çərçivəsində Bakıda keçirilmiş Azərbaycan-Yunanıstan biznes forumunun məhz buna xidmət etdiyini demişdir.
E.Məmmədyarov Azərbaycan iqtisadiyyatı üçün qeyri-neft sektorunun inkişafının prioritet məsələ olduğunu diqqətə çatdıraraq belə səfərlərin Azərbaycan ilə Yunanıstan arasındakı əlaqələrin möhkəmləndirilməsinə əlavə imkanlar yaratdığını da qeyd etmişdir.
Görüşdə tərəflər arasında ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, regional və beynəlxalq əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-14 may.-S.5.