Azərbaycan Respublikası Prezidentinin 2006- il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi" dəyişikliklər əlavələr edilməsi haqqında

 

1. Azərbaycan Respublikası Prezidentinin 2006- il 13 fevral tarixli 363 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006- il, ¹ 2, maddə 80, ¹ 3, maddə 235; 2007-ci il, ¹ 9, maddə 870; 2008-ci il, ¹ 11, maddə 970) ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi" aşağıdakı dəyişikliklər əlavələr edilsin:

1.1. 5-ci bənddə "mövcud qanunvericiliyə zidd olmayan" sözləri "qanunvericiliklə nəzərdə tutulan" sözləri ilə əvəz edilsin;

1.2. 8.12-ci bənddə "məlumatlandırılmasını" sözündən sonra ", internet saytının yaradılmasını, malik olduğu siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini bu informasiyanın daimi yeniləşdirilməsini" sözləri əlavə edilsin;

1.3. 8.13-cü bənddə "təmin etmək" sözlərindən sonra ", həmçinin mütəxəssislərin hazırlanması ixtisasının artırılması üçün tədbirlər görmək" sözləri əlavə edilsin;

1.4. 9.6- bənd 9.8-ci bənddən ", internet saytı yaratmaq ondan istifadə etmək" sözləri çıxarılsın;

1.5. 10-cu 14.4-cü bəndlərdən "mərkəzi" sözü çıxarılsın;

1.6. 14.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"14.2. Orqanın aparatının struktur bölmələrinin tabeliyində olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;";

1.7. 14.3-cü bənddə "qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla" sözləri çıxarılsın "Orqanın" sözündən sonra "aparatının," sözü əlavə edilsin;

1.8. 21-ci bənddən "rəhbərləri" sözü çıxarılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

2.1. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 may 2009-cu il

 

Azərbaycan.-2009.-15 may.-S.1.