Milli Məclisin deputatları MDB Parlamentlərarası Assambleya Şurasının iclasında iştirak etmişlər

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Milli Məclis Sədrinin müavini Bahar Muradova başda olmaqla parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleya (PA) Şurasının iclasında iştirak edir. Nümayəndə heyətinə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, Təbii ehtiyatlar, energetika ekologiya komitəsi sədrinin müavini Elton Məmmədov daxildir.

MDB PA Şurasının iclasında gündəlikdəki 22 məsələyə baxılmışdır. A.Rəhimzadə MDB PA Şurasının Qızıl Xaç Cəmiyyəti ilə birlikdə ötən ilin axırında Sankt-Peterburqda keçirdikləri beynəlxalq humanitar konfransın yekunları barədə məruzə ilə çıxış etmişdir.

Milli Məclisin MDB PA Şurasındakı daimi nümayəndəsi, şuranın baş katibinin müavini Aydın Cəfərov bildirmişdir ki, iclasda PA Şurasının 32-ci plenar iclasının, daimi komissiya sədrlərinin təsdiq edilməsi məsələləri müzakirə olunmuşdur. O demişdir ki, Azərbaycan Konstitusiyasına əlavə dəyişikliklərin edilməsi ilə bağlı keçirilmiş referendum barədə məruzə ilə yanaşı, Türkmənistan Məclisinə seçkilərin yekunları Moldova Respublikası parlamentinə seçkiləri müşahidə edən PA nümayəndələrinin rəyi müzakirə olunmuşdur. Birinci Neva Beynəlxalq Ekologiya Forumunun yekunları mayın 15-də keçiriləcək II foruma hazırlıq məsələləri müzakirə olunmuş, MDB PA-nın 2008-ci ildə fəaliyyətinin yekunlarına dair məruzə dinlənilmiş, 2009-cu il üçün planı 2010-cu il üçün ilkin planı təsdiq edilmişdir. MDB dövlətlərinin korrupsiya əleyhinə əməkdaşlığı haqqında sazişin layihəsi, MDB PA-nın AŞ PA ilə birgə təşkil edəcəyi Avropa məsələlərinə dair beynəlxalq parlament konfransı, ekoloji təhlükəsizlik haqqında Konvensiyanın tamamlanması bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2009.-15 may.-S.2.