Azərbaycanda referendum yüksək səviyyədə, beynəlxalq standartlara müvafiq qaydada keçirilmişdir

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Milli Məclis Sədrinin müavini Bahar Muradova başda olmaqla Azərbaycan Parlamentinin nümayəndə heyəti MDB-nin Parlamentlərarası Assambleyasının (PAA) Sankt-Peterburqda keçirilən tədbirlərində iştirak edir.

Mayın 13- Tavriçeski sarayında, MDB PAA-nın mənzil-qərargahında Parlamentlərarası Assambleya Şurasının iclası keçirilmişdir. Azərbaycan Konstitusiyasına dəyişikliklər əlavələr edilməsinə dair Azərbaycanda keçirilmiş referendumda MDB PAA-dan olan müşahidəçilər qrupunun rəhbəri, RF Federal Məclisi Federasiya Şurasının vitse-spikeri Svetlana Orlovanın həmin referendum haqqında məruzəsi dinlənilmişdir.

MDB PAA Şurasının baş katibinin müavini, Milli Məclisin Assambleyadakı daimi nümayəndəsi Aydın Cəfərov bildirmişdir ki, Azərbaycanda referendum keçirilməsi haqqında ətraflı məruzə ilə çıxış etmiş S.Orlovanın sözlərinə görə, referendum bütün beynəlxalq normalara standartlara müvafiq olaraq çox yüksək səviyyədə keçmiş, Azərbaycan xalqının öz iradəsini şəffaflıq aşkarlıq şəraitində sərbəst ifadə etməsi üçün bütün zəruri prosedurlara riayət edilmişdir. S.Orlova referendumun bütün təşkilati məqamlarının yüksək səviyyədə hazırlanmasını vurğulayaraq qeyd etmişdir ki, MDB PAA referendumla əlaqədar uzunmüddətli monitorinq keçirmiş bir sıra beynəlxalq təşkilatlar bu monitorinqlə maraqlanmışdır. Nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri referendumun demokratik şəraitdə, beynəlxalq standartlara tam müvafiq qaydada keçdiyini inandırıcı şəkildə göstərən həmin sənədlərdən istifadə etmişlər. S.Orlova bir məqama da diqqəti cəlb etmişdir ki, uzunmüddətli monitorinqin sənədləri Azərbaycan, rus ingilis dillərində nəşr edilmişdir.

Sonra Milli Məclis Sədrinin müavini Bahar Muradovaya söz verilmişdir. B.Muradova Azərbaycanda keçirilmiş referenduma öz nümayəndələrini göndərmiş bütün dövlətlərə, xüsusən MDB-nin monitorinq qrupuna referendumun obyektiv qiymətləndirilməsinə görə təşəkkürünü bildirərək qeyd etmişdir ki, dövlətimizin siyasəti ölkənin demokratikləşməsinə yönəlmişdir Azərbaycanda bu proses sürətlə inkişaf edir. Ölkə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində irəliləyir, hamılıqla qəbul edilmiş beynəlxalq standartlara riayət edir bu xətt gələcəkdə davam etdiriləcəkdir.

Dinləmələrin yekunlarına əsasən, MDB PAA-nın monitorinq qrupunun məruzəsi təsdiq olunmuş protokola daxil edilmişdir.

 

 

Azərbaycan.-2009.-15 may.-S.2.