“Buta”
sarayında möhtəşəm gecə
Mayın 10-da “Buta” sarayında ümummilli lider Heydər
Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə
başlamasının 5 illiyi münasibətilə
mərasim keçirilib.
Prezident İlham
Əliyev və xanımı Mehriban
Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət və hökumət nümayəndələrinin,
xarici ölkələrdən dəvət
olunan qonaqların iştirak
etdikləri tədbirdə Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban
Əliyeva çıxış edərək Heydər
Əliyevin Azərbaycana rəhbərliyinin ilk növbədə vətənpərvərliyə,
Vətənə olan sonsuz
məhəbbətə söykəndiyini bildirib.
Azərbaycanın birinci
xanımı dahi rəhbərin ölkəmiz
və xalqımız qarşısında xidmətlərini
xatırladaraq, yalnız böyük və
nadir insanların yüksək və ali missiyanın daşıyıcıları
olduqlarını söyləyib: “Belə insanların ömür yolu ali məqsədlərə xidmət edir və əbədi mübarizəyə həsr
olunur. Heydər Əliyev qalibiyyətinin nəticəsi
müstəqil Azərbaycandır”.
Mehriban
xanım Əliyeva çıxışında rəhbərlik
etdiyi Fondun beş illik fəaliyyətinə
nəzər salıb. Fondun mövcud olduğu beş ildə cəmiyyəti narahat
edən bir çox
problemlərin həllinə diqqət yetirdiyini,
iri layihələr həyata keçirdiyini bildirən Mehriban
xanım Əliyeva deyib: “Bu
beş il ərzində
görülən işlər bir çox sahələri - elmi,
təhsili, mədəniyyəti, səhiyyəni, sosial sferanı əhatə edir.
Lakin onları birləşdirən bir amil var.
Bu da Azərbaycana, Vətənə
xidmət etmək arzusu və şərəfidir.
Bir daha sizi əmin etmək istəyirəm ki, Heydər Əliyevin adını
daşıyan bu Fond
Azərbaycanın bu günü
və gələcəyi naminə bundan da artıq işlərə hazır və qadirdir. Qoy Tanrı hər
zaman Azərbaycanı qorusun”.
Sonra ümummilli
lider Heydər Əliyev haqqında film nümayiş etdirilib. Filmdə ulu
öndərin ailə həyatından görüntüləri
əks etdirən kadrlar ilk
dəfə ictimaiyyətə təqdim olunub.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev
Heydər Əliyevin bütün dövrlərdə
ən ağır sınaqlardan şərəflə
çıxdığını qeyd edib: “Bu gün
ulu öndərin siyasəti, onun ideyaları yaşayır və uğurla davam etdirilir. Biz - onun davamçıları bundan
sonra da onun siyasətini davam etdirəcəyik
və Azərbaycanı onun yolu ilə irəliyə aparacağıq. Azərbaycan
müasir dövlətdir və ölkəmiz
inkişaf edir. Bu inkişaf yolunu isə bizə
Heydər Əliyev göstərib və ulu
öndərin bizə ərmağan etdiyi
azərbaycançılıq ideyası dövlətimizin əsas
ideoloji sütunlarından biridir.
Çox böyük qürur hissi keçirirəm
ki, biz - Heydər
Əliyevin davamçıları ölkəmizi onun istədiyi kimi idarə
edirik. Biz ölkəmizi
idarə edərkən, ilk növbədə,
Heydər Əliyev kimi xalqın inamına
arxalanırıq, öz siyasətimizi
xalqın iradəsi ilə aparırıq. Bu,
hər bir ölkənin uğurlu
inkişafı üçün
başlıca şərtdir.
Heydər Əliyev Fondu fəaliyyəti
dövründə yardıma ehtiyacı olan
hər kəsin yanında olmuş, onlara yardım əlini uzatmışdır.
Heydər Əliyev Fondu artıq ölkə
həyatında önəmli amilə çevrilib.
Bu Fond sübut
etdi ki, əgər istək
olarsa, əgər iradə olarsa
və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən
məsələ həll edilə bilər. Fondun
çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək
mümkündürsə, mən “xoş
niyyət” deyərdim».
Sonra Heydər Əliyev
mükafatının təqdimetmə mərasimi olub.
Azərbaycan təsviri sənətinin
inkişafındakı xüsusi xidmətlərinə
görə heykəltəraş, xalq rəssamı
Ömər Eldarova, ölkəmizin musiqi mədəniyyətinin
inkişafındakı xüsusi xidmətlərinə
görə bəstəkar, xalq artisti Arif Məlikova və
Azərbaycanın ictimai-siyasi və mədəni
həyatında səmərəli fəaliyyətinə
görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevaya Heydər Əliyev mükafatı təqdim edilib.
mükafat alan Ö.Eldarov və A.Məlikov dövlət başçısına
öz xoş ürək
sözlərini çatdırıblar. Mehriban xanım Əliyeva da ona təqdim olunan mükafata görə
öz minnətdarlığını bildirib: “İlk növbədə,
cənab Prezident, Sizə və mənim fəaliyyətimə
belə yüksək qiymət verən bütün
insanlara öz dərin
minnətdarlığımı bildirirəm. Vətənimizə
ləyaqətlə xidmət etmək hər birimizin
borcudur. Heydər Əliyev mükafatı
ilə təltif olunmaq mənim üçün ən böyük
şərəfdir. Mənə inanan, mənə
kömək edən, məni dəstəkləyən bütün insanlara bir daha öz
dərin təşəkkürümü bildirirəm. Mənim
üçün tükənməz güc mənbəyi olan
ailəmə - atama, uşaqlarıma və
həyat yoldaşıma öz hədsiz məhəbbətimi
və dərin hörmətimi bildirirəm. Sonda
mənə verilən pul
mükafatını Silahlı Qüvvələrə
Yardım Fonduna keçirməyimi elan edirəm. Təşəkkür edirəm,
çox sağ olun”.
Sonra Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmin nümayişi olub.
Daha sonra Heydər
Əliyev Fondunun təsis etdiyi
“Qızıl çinar” beynəlxalq
mükafatı müxtəlif nominasiyalar
üzrə sahiblərinə təqdim edilib.
Heydər Əliyev Fondunun layihə və
proqramlarında fəal iştirakına, xalqlararası əlaqələrin
inkişafına töhfəsinə görə ilk nominasiyada mükafat ulu öndərin
məsləkdaşı və yaxın dostu
İhsan Doğramacıya verilib.
Mükafat İhsan
Doğramacının oğlu, Bilkənd Universitetinin rektoru Əli
Doğramacıya təqdim edilib.
Qədim muğam irsinin
qorunmasında, muğam
ifaçılıq məktəbinin inkişafında, yeni ifaçılar nəslinin yetişdirilməsindəki
xidmətlərinə görə xalq artisti Əlibaba Məmmədova “Qızıl çinar” beynəlxalq mükafatı təqdim
olunub.
Heydər Əliyev Fondu
ilə sıx əməkdaşlığa, beynəlxalq əhəmiyyətli
layihədə fəal iştirakına və bu
işə verdiyi töhfəyə görə
BMT-nin ölkəmizdəki sabiq rezident əlaqələndiricisi
Marko Borsotti də
“Qızıl çinar”la
mükafatlandırılıb.
Növbəti nominasiyada qalib Heydər Əliyev Fondunun
səhiyyə sahəsindəki fəaliyyətinə verdiyi dəstəyə görə ürək
və damar cərrahı Rəşad Mahmudov elan olunub
və mükafat sahibinə təqdim edilib.
Heydər Əliyev Fondunun
“Yeniləşən Azərbaycana yeni məktəb”
layihəsi çərçivəsində Samux
rayonunun Sarıqamış kənd orta məktəbinin tikintisinə göstərdiyi
dəstəyə görə Polşanın Azərbaycandakı
səfiri Kşiştof Krayevskiyə də
“Qızıl çinar” beynəlxalq
mükafatı verilib.
Sonuncu nominasiyada
gənc nəslin hərtərəfli, sağlam
vətəndaş kimi böyüməsi
sahəsindəki xidmətlərinə görə paytaxtın
Nizami rayonundakı 1 saylı Uşaq evinin direktoru Nərminə Zöhrabova
qalib elan edilib.
Mükafatlandırma mərasimindən sonra
incəsənət ustalarının maraqlı konsert
proqramı olub.
Mədəniyyət. - 2009.- 13 may.- S. 2.