Düşənbədə tacik dilində çap edilən "Müasir Azərbaycanın banisi, xilaskarı qurucusu" kitabının təqdimatı olmuşdur

 

Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Qafar Əliyevin Düşənbədə tacik dilində çap edilən, ümummilli lider Heydər Əliyevin həyatı fəaliyyətini əhatə edən "Müasir Azərbaycanın banisi, xilaskarı qurucusu" kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə ölkəmizin Tacikistandakı səfiri Məhərrəm Əliyev, Azərbaycandan gəlmiş nümayəndə heyəti, xarici dövlətlərin Tacikistandakı səfirləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.

Məhərrəm Əliyev mərasimi açaraq bu əsərin ulu öndər haqqında yazılan ən yaxşı kitablardan biri olduğunu vurğulamışdır. O demişdir: "Heydər Əliyev o qədər böyük tarixi şəxsiyyətdir ki, onun mənalı ömrü bir neçə kitaba sığmır. Əminəm ki, tədqiqatçılar gələcəkdə ulu öndərin həyatını araşdıracaq yeni-yeni kitablar yaranacaqdır".

Qafar Əliyev çıxışında bildirmişdir ki, bu əsər dörd fəsildən ibarətdir. Birinci fəsildə Heydər Əliyevin müasir Azərbaycanın banisi, xilaskarı qurucusu kimi fəaliyyətindən bəhs olunur. Burada "Heydər Əliyev müasr Azərbaycanın memarıdır", "Azərbaycançılıq ideyalarının formalaşmasında Heydər Əliyevin rolu", "Tariximizin ən böyük azərbaycanlısı" digər mövzuda dolğun məqalələr verilmişdir.

Kitabın "Heydər Əliyev reformator kimi" adlanan ikinci fəslində "Əsrin müqaviləsi", Azərbaycanda parlament seçkiləri, torpaq islahatları, sahibkarlığın inkişafı məsələləri şərh edilmişdir.

Kitabın üçüncü fəsli "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin xarici siyasəti", dördüncü fəsli isə "Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı" adlanır. Son fəsildə Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrdə apardığı məqsədyönlü siyasətdən bəhs edilir.

Milli Məclisin deputatı Vasif Əliyev çıxışında kitabın çox qiymətli mənbə olduğunu bildirərək demişdir ki, bu əsər artıq Azərbaycan, rus, qazax, qırğız dillərində çap edilmişdir kitabın tacik dilində çap olunması onun böyük əhəmiyyətindən xəbər verir.

Professor Vəli Əliyev kitabın məziyyətlərindən danışmış, bu əsərin ulu öndərin həyatı fəaliyyəti ilə əlaqədar ən qiymətli mənbələrdən biri olduğunu vurğulamışdır.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu demişdir: "Dərin məzmunlu bu monoqrafik əsər ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin elmi əsaslarla tədqiqinə dair ən sanballı nümunədir.

Məhz bu məziyyətlərinə görə bir çox xarici tədqiqatçıların diqqətini cəlb edən bu əsərin Tacikistanda çap olunması əhəmiyyətli hadisədir. Kitab elmi-publisistik dildə yazılmışdır zəngin faktlara əsaslanır".

Özbəkistanın Tacikistandakı səfiri Şokasım Şoislamov, Qazaxıstanın bu ölkədəki səfiri Abutamen Əhmədov da kitabın tacik dilində çap olunmasını yüksək qiymətləndirmiş, bu böyük şəxsiyyətin həyatının gənclərə örnək olduğunu bildirmişlər.

Əsəri tacik dilinə tərcümə edən Nərgiz Raxmatşoyeva demişdir: "Mən çox şadam ki, dünya şöhrətli bir siyasətçi, çox sevdiyim böyük azərbaycanlı Heydər Əliyev haqqında kitabı dilimizə mən tərcümə etmişəm bundan böyük qürur duyuram".

Mərasim iştirakçıları foyedə təşkil edilmiş ulu öndər Heydər Əliyevin həyat fəaliyyəti, Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitablardan ibarət sərgiyə baxmışlar.

Mərasim iştirakçılarına kitabın tacik dilində olan nüsxəsi paylanmış, sərgilənən kitablar Azərbaycanın Tacikistandakı səfirliyinə hədiyyə edilmişdir.

Təqdimat mərasiminin iştirakçıları üçün verilmiş ziyafətdə xalq artisti Zaur Rzayev, Düşənbədə yaşayan müğənni Rüstəm İsayev Azərbaycan xalq mahnılarını muğamları ifa etmişlər.

 

 

Qulu Kəngərli,

AzərTAc-ın xüsusi müxbiri

Düşənbə

 

Azərbaycan.-2009.-15 may.-S.3.